Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİ İNKİŞAF NAZİRİ ŞAHİN MUSTAFAYEVİN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya 2003-cü ildən respublikaya inamla rəhbərlik edən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu strategiyanın yeni dövrün tələblərinə uyğun əhəmiyyətli dərəcədə zənginləşdirilməsi milli iqtisadiyyatın regional və qlobal sınaqlara dayanıqlığını artırmış, sosial-iqtisadi islahatlarla müəyyən edilmiş məqsədlərə nail olunmasını, o cümlədən həmin siyasətin əsasını təşkil edən əhalinin sosial vəziyyətinin yaxşılaşmasını təmin etmişdir.

Qlobal iqtisadi böhran əksər ölkələrdə əsas makroiqtisadi göstəricilərin pisləşməsi ilə, o cümlədən ümumi daxili məhsulun və xarici ticarət dövriyyəsinin azalması, işsizliyin kütləvi xarakter alması, ciddi likvidlik çatışmazlığı kimi problemlərlə müşahidə olunur. Lakin uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkəmizdə əhəmiyyətli strateji valyuta ehtiyatlarının yaradılması, konservativ xarici borclanma, xarici maliyyə bazarlarından asılılığın minimuma endirilməsi, manatın sabitliyinin təmin edilməsi sayəsində qlobal iqtisadi böhran digər ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir.

Təsadüfi deyildir ki, həm beynəlxalq maliyyə təşkilatları, həm də tanınmış reytinq agentlikləri və ekspertlər Azərbaycan iqtisadiyyatının dünya maliyyə-iqtisadi böhranına dayanıqlığını birmənalı ifadə etmişlər. Belə ki, Dünya Bankı mart ayında tərtib etdiyi İqtisadi Memorandumda Azərbaycanın başqa ölkələrlə müqayisədə qlobal böhranı daha güclü mövqe ilə qarşıladığını, böyük təsirlərə məruz qalmayacağını və maliyyə sektorunun böhrandan qaça bildiyini göstərmişdir. “Fitch Ratings” agentliyi Avropanın 21 ölkəsindən 19-da ümumi daxili məhsulun azalacağını, birində dəyişməyəcəyini və yalnız Azərbaycanda iqtisadi artım olacağını bildirmiş, Asiya İnkişaf Bankı isə bu artımı 8 faiz proqnozlaşdırmışdır.

Möhtərəm cənab Prezident!

Nazirlər Kabinetinin bu il yanvarın 16-da keçirilmiş geniş iclasında iqtisadiyyata yönəldilən resursların səmərəli istifadəsi, investisiya layihələrinin prioritetliyinin müəyyən edilməsi, sahibkarlığa dövlət dəstəyinin, istehlak bazarına nəzarətin və antiinhisar tədbirlərinin gücləndirilməsi, dövlət vəsaitlərindən istifadə üzərində nəzarətin təkmilləşdirilməsi Sizin tərəfinizdən qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana təsirinin azaldılması istiqamətində əsas tədbirlər kimi müəyyən edilmişdir. Bu tədbirlərin həyata keçirilməsi, eləcə də əvvəlki illərdə aparılmış uğurlu siyasət nəticəsində cari ilin birinci rübündə də ölkə iqtisadiyyatının dinamik inkişafı davam etmiş, hətta qlobal iqtisadi böhran şəraitində Azərbaycanda ümumi daxili məhsul 4,1 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 13,7 faiz artmışdır.

Neft hasilatında texniki səbəblərlə əlaqədar sənaye məhsulu istehsalının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz azalsa da, qeyri-neft sənayesində 1,4 faiz artım olmuşdur.

Həyata keçirilmiş tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı 4,3 faiz, ümumi yük daşımalarının həcmi 1,1 faiz, qeyri-neft yük daşımalarının həcmi 5 faiz, pərakəndə əmtəə dövriyyəsi 10 faiz, pullu xidmətlərin həcmi 20,5 faiz artmışdır.

İqtisadiyyata inflyasiya təzyiqləri azalaraq, keçən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz təşkil etmiş, ilin əvvəlindən isə istehlak qiymətləri indeksi 2,1 faiz azalmışdır.

Yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,3 faiz artaraq, 2 milyard 418 milyon dollar təşkil etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu dövrdə ixracın həcmi 1 milyard 492 milyon dollar olmaqla 24,6 faiz artmış, idxalın həcmi isə 1 faiz azalmışdır.

Xarici ticarət dövriyyəsində 566 milyon dollarlıq müsbət saldo yaranmışdır ki, bu da ölkənin valyuta ehtiyatlarının və manatın sabitliyinin təmin edilməsində mühüm rol oynayır.

Cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 2 milyard 522 milyon manat və ya 92 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 537,6 milyon manat və ya 27,1 faiz çox olmuşdur.

Dövlət büdcəsinin xərcləri 2 milyard 345 milyon manat və ya 97,9 faiz icra edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 972 milyon manat və ya 70,8 faiz çoxdur.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilmiş və bu məqsədlə dövlət büdcəsinin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 42,6 faiz və ya 245 milyon manat artırılaraq 820 milyon manat təşkil etmişdir. Bu isə ümumi büdcə xərclərinin 35 faizinə bərabərdir.

Məqsədyönlü sosial siyasət nəticəsində əhalinin gəlirləri 25 faiz, onun adambaşına düşən həcmi 19,6 faiz, orta aylıq əmək haqqı 26,5 faiz artmışdır. Son aylar ərzində qiymətlərin aşağı düşməsi də əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin artmasına müsbət təsir göstərmişdir.

Əsas kapitala yönəldilmiş investisiyalar 15,2 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 72,3 faiz artmışdır. Dövlət büdcəsindən investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən vəsaitlərin həcmi daha da artaraq, rüb ərzində 1 milyard 79 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə və ya 521 milyon manat çoxdur.

Hazırkı qlobal iqtisadi böhran şəraitində investisiya qoyuluşları, eləcə də onun sahəvi və regional strukturunun düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.

Böhran şəraitində dünya ölkələri arasında məhdud investisiya resursları uğrunda rəqabətin daha da gücləndiyi bir vaxtda Azərbaycanda mövcud olan siyasi və iqtisadi sabitlik investorların ölkəmizə marağını əhəmiyyətli dərəcədə artırmışdır. Rüb ərzində 6 ölkənin iş adamlarının iştirakı ilə təşkil edilmiş biznes forumlar, eləcə də işçi qaydada keçirilmiş görüşlər bunu təsdiq edir.

70 faizini xarici mənbələrdən cəlb edilmiş vəsaitlər hesabına həyata keçirilən və ümumi dəyəri 350 milyon avroya yaxın olan “Qaradağsement” Səhmdar Cəmiyyətinin müasir texnologiyalar əsasında yenidən qurulmasının, cənab Prezident, bu günlərdə Sizin iştirakınızla təməlinin qoyulması buna sübutdur. Bu layihə çərçivəsində 30-dək yerli şirkətin cəlb edilməsi, 1100-dək iş yerinin açılması və ekoloji vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması gözlənilir.

Bununla yanaşı, regionlarda sənaye, tikinti, məişət, yeyinti və kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində 60-a yaxın müəssisənin tikintisi aparılır ki, bu müəssisələrdə də 15 mindən çox yeni iş yerləri açılacaqdır.

İnvestisiyaların cəlb edilməsi sahəsində dövlət tərəfindən aparılan məqsədyönlü tədbirlər çərçivəsində Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti genişləndirilmiş, Küveyt Maliyyə Evi ilə “Küveyt-Azərbaycan İnvestisiya Şirkəti” Səhmdar Cəmiyyəti yaradılmışdır.

Sahibkarlığa dövlət dəstəyinin artırılması və şəffaflığın təmin edilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti yeni tələblərə uyğun təkmilləşdirilir, iş adamlarının güzəştli kredit almaq şərtləri sadələşdirilir, süni maneələr aradan qaldırılır və beynəlxalq auditin keçirilməsi planlaşdırılır. Bunun nəticəsində rüb ərzində istehsal və emal sahələri üzrə 99,5 faizi regionlarda olmaqla, 200 sahibkarlıq subyektinin 9,7 milyon manat məbləğində investisiya layihəsi maliyyələşdirilmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən verilmiş kreditlərin məbləği 2 dəfə, investisiya layihələrinin sayı isə 3,6 dəfə artmışdır. Sahibkarların maarifləndirilməsi işinin təşkili üçün regionlarda Bakı Biznes Tədris Mərkəzinin filialları yaradılmış və investisiya layihələrinin tərtib edilməsi və Fondun vəsaitlərindən istifadə qaydalarına dair Lənkəran, Şəki, Sumqayıt, Horadiz və Göyçayda seminarlar keçirilmişdir. Bu tədbirlərin bütün regionlarda mütəmadi olaraq həyata keçirilməsi biznes fəaliyyətinin ölkənin inkişaf prioritetlərinə uyğunlaşdırılmasına, layihələrin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək və ikinci rübdə verilən güzəştli kreditlərin həcminin 50 milyon manata çatdırılmasına imkan verəcəkdir. Eyni zamanda, sahibkarların güzəştli kreditlərə artan tələbatının ödənilməsi məqsədi ilə Dünya Bankı və OPEK Fondu ilə danışıqlar aparılır.

Biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və ixracyönümlü müəssisələrin dəstəklənməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində 60-a yaxın iri qeyri-neft ixracatçıları ilə görüş keçirilmiş, eyni zamanda işçilərinin sayı 100 nəfərdən çox olan 200-dən artıq iri müəssisənin mövcud vəziyyəti haqqında toplanmış məlumatlar təhlil edilir. İlkin təhlillər göstərir ki, son 6 ayda əmək haqqı bu müəssisələrin 47 faizində artmış, 51 faizində dəyişməmiş, 2 faizində isə azalmışdır. Müəssisələrin 57 faizi cari ildə investisiya qoyuluşunu planlaşdırır.

Sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması məqsədi ilə aparılan bütün yoxlamaların və icazələrin elektron qeydiyyat sisteminin, eləcə də sorğuların cavablandırılması üzrə telefon-məlumat mərkəzinin yaradılması istiqamətində işlərin həyata keçirilməsinə başlanılmışdır.

Sahibkarlıq fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi davam etdirilmiş, “Rəqabət Məcəlləsi”nin layihəsi üçüncü oxunuşda müzakirə üçün hazırlanmış və “Xüsusi İqtisadi Zonalar haqqında” Qanun Milli Məclisdə qəbul edilmişdir. Xüsusi iqtisadi zonaların yaradılması sahibkarlığın inkişafına müsbət təsir göstərməklə yanaşı, iqtisadiyyata əlavə investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, məşğulluğun və əhalinin gəlirlərinin artmasına imkan yaradacaqdır.

Bununla yanaşı, nəqliyyat infrastrukturunun modernləşdirilməsi sahəsində aparılmış ardıcıl işlər, o cümlədən cənub, şimal və qərb istiqamətlərində tikilmiş beynəlxalq standartlara cavab verən yollar və iri infrastruktur obyektləri, eləcə də yeni terminallar və loqistik mərkəzləri yaratmaqla bu sahədəki potensialdan səmərəli istifadə Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaqdır.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi və əhalinin məşğulluğu baxımından kənd təsərrüfatının xüsusi əhəmiyyətini nəzərə alaraq, aqrar sektora dövlət dəstəyi davam etdirilmiş, bu sahəyə tətbiq edilən vergi güzəştlərinin müddəti növbəti dəfə uzadılmışdır. Bundan əlavə, subsidiyaların verilməsi mexanizminin və “Aqrolizinq” ASC-nin fəaliyyətinin təkmilləşdirilməsi, tədarük sisteminin, xarici investorların iştirakı ilə aqroservis və aqrofermaların yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

İnhisarçılığın və haqsız rəqabətin qarşısının alınması məqsədi ilə əmtəə bazarlarına giriş maneələrinin və ayrı-seçkilik hallarının, təbii inhisar subyektlərinin inhisarçılıq hərəkətlərinin qarşısı alınmış, sənaye mülkiyyəti hüquqlarının pozulması yolu ilə buraxılan malların istehsalının və satışının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

İstehlakçıların hüquqlarının müdafiəsi, istehlak bazarının saxta, keyfiyyətsiz, təhlükəli mallardan qorunması və süni qiymət şişirtmələrinin qarşısının alınması məqsədi ilə mütəmadi monitorinqlər keçirilir, nəticələri təhlil olunaraq müvafiq tədbirlər görülür.

Möhtərəm cənab Prezident!

Bütün sahələrdə əldə olunmuş nailiyyətlər zamanın sınağından uğurla çıxmış və xalqımızın layiqli həyat səviyyəsinin təmin edilməsində alternativsiz siyasətinizin tərkib hissəsi olan yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı, əhalinin ərzaqla etibarlı təminatı və ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş kompleks tədbirlərin sistemli və vaxtında yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur.

Sizin bir neçə gün öncə təsdiq etdiyiniz “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası, ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsini, iqtisadiyyatın şaxələndirilməsini, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafı və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını təmin edəcəkdir.

Diqqətinizə görə minnətdaram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 124 dollara satılır

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ