Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqtisadi müstəqilliyimiz təmin olunmadan, beynəlxalq maneələr dəf edilmədən tarixi Qələbəmiz mümkün deyildi...

İqtisadi müstəqilliyimiz təmin olunmadan, beynəlxalq maneələr dəf edilmədən tarixi Qələbəmiz mümkün deyildi...

Bakı, 28 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan artıq neçə illərdir ki, təkcə Cənubi Qafqazın deyil, bütövlükdə regionun aparıcı dövlətinə çevrilib. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP, Trans-Adriatik boru kəməri kimi bir çox nəhəng layihələr təkcə region dövlətlərinin deyil, eləcə də Avropanın enerji təhlükəsizliyinə və iqtisadi tərəqqisinə xidmət edir. Həmin layihələrin mərkəzində məhz Azərbaycan dayanır. Regional və qlobal mənada bu cür iqtisadı-siyasi çəkiyə malik olan bir ölkənin dövlət başçısının hər çıxışı, səsləndirdiyi hər bəyanat, sözsüz ki, aparıcı dünya dövlətlərinin və nüfuzlu beyin mərkəzlərinin, beynəlxalq medianın diqqətini dərhal cəlb edir. Xüsusən, Vətən müharibəsi günlərində və müharibədən ötən yeddi ay ərzində Prezidentimizin çıxış və bəyanatları beynəlxalq mediada ciddi siyasət adamlarının, tanınmış ekspert və politoloqların müzakirə mövzusuna çevrilir, onların rəy və şərhlərinə səbəb olur. Prezident İlham Əliyevin iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Ordumuzun rəhbər və şəxsi heyətinin bir qrupu ilə “Gülüstan” sarayında keçirdiyi görüşdə söylədiyi nitq yenə də cəmiyyətimiz və region ölkələri ilə yanaşı, dünya dövlətləri və beynəlxalq təşkilatlar üçün ciddi mesajlarla zəngin oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Dövlətimizin başçısı çıxışında diqqəti bir daha ona yönəltdi ki, 2020-ci il 8 noyabr Zəfərinə aparan yol düşünüldüyündən də qat-qat çətin olub. Bu tarixi yolda ölkə içində mövcud olan mürəkkəb problemləri dəf etməklə yanaşı, beynəlxalq müstəvidə üzləşdiyimiz çətinlikləri və haqsızlıqları aşmaq üçün də ciddi səylərə ehtiyac duyulub, ötən illər ərzində bunun üçün böyük əmək sərf olunub. 44 günlük Vətən müharibəsində məğlub olmuş Ermənistanda bu gün yaşananları, parçalanmış erməni cəmiyyətini, acı məğlubiyyətin orada doğurduğu reallıqları, ictimai-siyasi münasibətlərin qarşılıqlı nifrət və düşmənçilik həddinə çatdığını və bütövlükdə erməni cəmiyyətində ictimai psixozun hökmranlıq etdiyini indi hər kəs görə bilir. Ermənistanda vətəndaş müharibəsi təhlükəsi hələ də sovuşmayıb. Çünki, erməni cəmiyyətinin özü kimi, önündə gedən siyasətçilərinin də şüurunda yaşayan miflər Azərbaycan Ordusu tərəfindən darmadağın edildiyinə və əslində, bu siyasətçilər zehniyyət baxımından bir-birindən elə də fərqlənmədiklərinə görə, qarşılıqlı ağır ittihamların qan tökülməsi ilə nəticələnməsi hər an gözləniləndir. Bu, torpaqlarımızın itirildiyi 1992-ci il və 1993-cü ilin əvvəlində ölkəmizin ictimai-siyasi həyatında yaşananlardan dəfələrlə ağır mənzərədir. İlk növbədə ona görə ki, Ermənistandan fərqli olaraq, o illərdə Azərbaycanın Xilaskarlıq missiyasını yerinə yetirməyə qadir olan Böyük Heydər Əliyevi var idi. Prezident İlham Əliyev çıxışında həmin illərin ölkəmizə gətirdiyi ağırlığı belə ifadə etdi: “Əlbəttə ki, Birinci Qarabağ müharibəsi bizim üçün böyük faciə idi, milli faciə idi...Azərbaycan xalqı o ağır günlərdə müdriklik göstərərək Heydər Əliyevə üz tutdu, onu hakimiyyətə dəvət etdi. O, hakimiyyətə gələndən sonra Azərbaycanda işlər müsbət istiqamətdə getməyə başlamışdır. O cümlədən ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdır. Nizami ordu quruculuğu məhz o illərdə başlamışdır”.

Ulu Öndərin ölkəmizin xilası, ayaqda dura bilməsi və müstəqilliyimizin qorunması, Qarabağın işğaldan azad olunması naminə başladığı nəhəng işləri xalqımızın iradəsi ilə onun siyasi varisi Prezident İlham Əliyev qətiyyətlə davam etdirdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin təməli doyuldu, son 17 ildə isə bu təməl daha da möhkəmləndirildi, bütün çətinliklərə və maneələrə, xarici təhdid və təzyiqlərə baxmayaraq, iqtisadi müstəqilliyimiz təmin olundu, sosialyönümlü siyasət dövlətimizin prioritetinə çevrildi. Bəzən gözlə görünməyən, bəzən isə siyasi qısqancların görmək istəmədiyi-arxasında böyük əməyin dayandığı bu işlər yalnız bir müqəddəs hədəfə xidmət edirdi. Hədəf-ərazi bütövlüyümüzün bərpası, Qarabağın işğaldan azad edilməsi və milli qürurumuzun təhdidlərdən, basqılardan xilas olunması idi. Dövlətimizin başçısı çıxışında bu illər ərzində görülən nəhəng işlərin, çəkilən ağır zəhmətin yalnız kiçik bir hissəsinə toxundu, amma onların hər birinin ümummilli hədəflərimizə xidmət etdiyi danılmaz həqiqətdir: “Hər gün biz bu günü yaxınlaşdırırdıq. Qarabağ məsələsi Prezident kimi hər gün mənim gündəliyimdə birinci məsələ idi. Hər gün. Hər gün fikirləşirdim ki, bu Qələbəni əldə etmək, torpaqlarımızı azad etmək üçün əlavə nə etmək lazımdır. Biz bunu nümayiş etdirdik”.

Artıq cəmiyyətimizə də məlumdur ki, tarixi Qələbəyə aparan yolda ölkədaxili problemlərin həlli, hakimiyyət qollarının və dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi-sosial dayanıqlılığın təmin olunması, nizami ordu quruculuğu və ordunun ən müasir silahlarla təchizatı ilə yanaşı, bunlardan da çətin olan məsələ beynəlxalq müstəvidə bəzən üzləşdiyimiz ədalətsiz yanaşmanın, ikili standartların dəf olunması ilə bağlı idi. Artıq o da sirr deyil ki, 30 ilə yaxın müddət ərzində Ermənistanın danışıqlar prosesini imitasiya və sabotaj edə bilməsi öz imkanlarına və siyasi çəkisinə söykənmirdi. Onun himayədarlarının və havadarlarının, vasitəçilik missiyasında tərəfsizlik prinsipini pozanların kimliyi cəmiyyətimizə bəllidir. O da məlumdur ki, BMT kimi nüfuzlu beynəlxalq təşkilatın ayrı-ayrı ölkələrlə bağlı qətnamələri cəmi bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana aid olan məlum dörd qətnaməsindən heç biri 27 il ərzində yerinə yetirilmədi. Prezident İlham Əliyev bunu bir neçə mötəbər beynəlxalq tədbirdə, o cümlədən BMT-nin nüfuzlu tribunasından israrla dünya birliyinin diqqətinə çatdırıb. Xalqımız haqlı olaraq inanmır ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü olan və danışıqlar prosesində vasitəçilik mandatını əldə edən ABŞ, Rusiya və Fransa kimi nəhəng dövlətlər Ermənistan kimi kiçik bir ölkəni beynəlxalq hüquqa hörmət göstərməyə məcbur edə bilmədi, işğalçı dövlətin qarşısında aciz qaldı. Cəmiyyətimizin inamsızlığı həm də ona söykənir ki, hətta müharibənin gedişatında vasitəçilərdən bəzilərinin, xüsusən də Fransanın tərəfsizlik mandatına və beynəlxalq hüquqa zidd olan bəyanatlarının şahidi oldu. Prezident İlham Əliyevin “Gülüstan” sarayındakı çıxışında səsləndirdiyi bu fikirlər tarixi ədalətin bərpası qarşısında dayanan maneələrin hətta müharibə günlərində davam etdirilməsinin sübutudur: “Onu da bildirməliyəm ki, müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi”. Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, bütün bu maneələrin aradan qaldırılmasında və məkrli planların qarşısının alınmasında Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr Azərbaycanın yanında oldular və ədalətli mövqeyimizə dəstək verdilər. Heç şübhəsiz ki, son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan etibarlı ikitərəfli münasibətlər, qardaş və dost ölkələrin qazanılması Ermənistanı himayə edənlərin qarşısında Azərbaycanın təklənməsinə imkan vermədi. Dövlətimizin başçısı çıxışında həmin məqama xüsusi diqqət ayırdı: “O cümlədən ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr- Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından bizə öz dəstəyini göstərirdi”.

Prezident nitqində dönə-dönə bunu da vurğuladı ki, əgər beynəlxalq hüquq normaları işləsəydi, onların tətbiqində ayrı-seçkiliyə yol verilməsəydi, böyük güclərin siyasi maraqları beynəlxalq qanunları arxa plana keçirməsəydi və BMT qətnamələrinin icrasına Ermənistan zamanında məcbur edilsəydi, müharibəyə də ehtiyac qalmazdı. Hüquqi-siyasi öhdəliklər ayrı-ayrı dövlətlər tərəfindən yerinə yetirilmədiyinə görə, ölkəmiz Ermənistanın siyasi-hərbi təxribatlarına adekvat cavab vermək, tarixi ədaləti və beynəlxalq hüququ təkbaşına təmin etmək məcburiyyətində qaldı. Prezidentimizin çıxışı bir daha əyani şəkildə göstərdi ki, ölkədaxili və beynəlxalq müstəvidə dövlətimizin dəf etdiyi problem və maneələrin miqyası bu münaqişənin hansı səbəblərdən 30 ilə qədər davam etməsi barədə dolğun təsəvvürün yaranmasına imkan verir. Elə buna görə də, Prezident İlham Əliyev unudulması mümkünsüz olan bu həqiqətləri, qələbəmizin təməlində dayanan ordumuzun fədakarlığını və şücaətini xüsusi qeyd etdi: “Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi-öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq”.

Dövlətimizin başçısı həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq auditoriyaya növbəti dəfə mühüm ismarıclar verdi. Qeyd etdi ki, Ermənistanın ölkəmizə qarşı davam etdirdiyi təcavüz siyasətinə, Qarabağı viran qoymasına, yaşayış məskənlərimizi dağıtmasına, qəbir və məscidlərimizi, tarixi və mədəni irsimizi məhv etməsinə baxmayaraq, Azərbaycan hətta bu bədnam qonşusu ilə də dinc birgəyaşayışa hazırdır. Prezident çıxışında bu cür perspektivi mümkün edən yolu da göstərdi: “Ermənistanın inkişafı üçün də yeganə yol var-öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur”.

Dövlətimizin başçısının Ermənistana və onun himayədarlarına növbəti dəfə göndərdiyi mesaj həm də ondan ibarət oldu ki, Azərbaycan ərazisində ikinci erməni dövləti heç vaxt qurulmayacaq. Əgər Ermənistanın təəssübkeşlərindən kimsə hələ də sərsəm erməni xülyasına dəstək verirsə, bu hədiyyəni yalnız öz ərazisində ermənilərə bağışlaya bilər. Amma o da acı həqiqətdir ki, kimsə onlara belə bir lütfü göstərərsə, çox keçməz, bir neçə onillikdən sonra ermənilər iddia edəcək ki, oralar da onların dədə-babasından miras qalıb. Ona görə də, belə bir seçimin məsuliyyəti erməni təəssübkeşlərini indidən düşündürməli, nəticəsi də yalnız onları qayğılandırmalıdır.

Son vaxtlar xüsusi fəallıq göstərən beynəlxalq dairələr də Prezidentin diqqətindən kənarda qalmadı və onlara bu mesaj verildi: “Hesab edirəm ki, müharibə riskini sıfıra endirmək üçün bölgəmizdə, Cənubi Qafqazda müxtəlif təşəbbüslər irəli sürülməlidir. Biz buna hazırıq. Bizə müharibə lazım deyil. Biz istədiyimizə nail olmuşuq və bizim üçün indi yeni dövr- quruculuq dövrü, torpaqlarımızın bərpası dövrü başlanmışdır”. Artıq beynəlxalq aləmə də yaxşı məlumdur ki, Ermənistanın dövlət atributları tarixən simvolik xarakter daşıyıb, çünki, sözün həqiqi mənasında, müstəqilliyini təmin edə bilməyib. Ermənistan uzun illər ərzində yalnız bir siyasi ünvanın istifadə etdiyi alət idisə, müharibədə uduzan, özləri haqda uydurduqları “məğlubedilməz” və “qədim, mədəni millət” mifləri Ordumuz tərəfindən yerlə-yeksan edilən, zəifləmiş Ermənistan artıq çoxlarının istifadə edə biləcəyi alətə çevrilib. Bu durumda olan, yalnız simvolik atributlarla yaşayan bir ölkə Prezident İlham Əliyevin çıxışında söylədiyi növbəti fikirdən, nəhayət, anlaqlı nəticə çıxarmağa cəhd etməlidir: “Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır... Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib