İrakli Çikovani: Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bizim mövqeyimiz dəyişməz olaraq qalır
Tbilisi, 26 iyul, AZƏRTAC
Rusiyanın 300 ədəd hərbi texnikanı Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərməsi barədə məlumatlar həqiqəti əks etdirmir. Bu, hansısa siyasi partiyanın nəzarətində olan KİV-lərin ucuz təbliğatından başqa bir şey deyil.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Gürcüstan Baş Nazirinin müşaviri İrakli Çikovani çıxış edib. O, təəssüf hissi ilə deyib ki, bəzi KİV-lərin öz havadarlarının maraqlarına uyğun yalan materiallar yayması ilk hadisə deyil. Lakin bunun heç bir mənası yoxdur.
“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Qafqazda sülhə alternativ yoxdur və bizim mövqeyimiz dəyişməyib”, - deyə Çikovani vurğulayıb. Onun sözlərinə görə, Gürcüstanın mövqeyi bütün tərəfdaş ölkələrə bəllidir. Gürcüstanın öz tərəfdaşları ilə bağlı mövqeyi dəyişməzdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]