İrakli Kobaxidze: Gürcüstanda yaşayan gürcü xristianları ilə müsəlmanlar arasında qardaşlıq münasibətləri var
Tbilisi, 10 aprel, AZƏRTAC
Müsəlman icması Gürcüstan cəmiyyətinin tərkib hissəsidir və əsrlər boyu davam edən dostluq ənənəsi bizim üçün xüsusilə qiymətlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze aprelin 10-da Tbilisidəki Cümə məscidindəki çıxışı zamanı söyləyib.
Ramazan ayının başa çatması münasibətilə müsəlmanları təbrik edən İ.Kobaxidze deyib: “Sizin bənzərsiz mədəniyyətiniz ölkəmizin mədəniyyətinin tərkib hissəsidir. Biz çoxəsrlik tarixi əlaqələr, Gürcüstanda yaşayan gürcü xristianları ilə müsəlmanlar arasında qurulan qardaşlıq münasibətinə görə fəxr edirik.
Biz əsrlər boyu birgə çalışmışıq, ümumi vətənimizin rifahı, onun tərəqqisi və inkişafı üçün birgə mübarizə aparmışıq. Bu, bizim böyük qayğı göstərdiyimiz və gələcəkdə də qayğı göstərəcəyimiz münasibətdir, qardaşlıqdır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]