İrakli Qaribaşvili britaniyalı nazirlə regional təhlükəsizlik məsələlərini müzakirə edib
Tbilisi, 21 noyabr, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Leo Doçerti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hökumət administrasiyası məlumat yayıb.
Bildirilir ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, Gürcüstanın Avropaya inteqrasiyası müzakirə edilib. Söhbət zamanı ətraf mühitin mühafizəsi, regional təhlükəsizlik və sabitlik məsələləri də diqqət mərkəzində olub.
Baş nazir İrakli Qaribaşvili ölkəsinin ərazilərinin də işğal olunduğunu diqqətə çatdırıb və bildirib ki, Gürcüstan Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olmasında mühüm rol oyana bilər və rəsmi Tbilisi bu istiqamətdə səylərini davam etdirir.
O, regiondakı münaqişələrin həllinin təkcə Cənubi Qafqazda deyil, dünyada sabitliyə xidmət etdiyini vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]