İRAN BƏSTƏKARI “AZƏRBAYCAN TARI ÜÇÜN KONSERT” BƏSTƏLƏMİŞDİR
AZƏRTAC xəbər verir ki, İranın məşhur bəstəkarı, İran Dövlət Milli Simfonik Orkestrinin bədii rəhbəri və baş drijoru Fərhad Fəxrəddini “Azərbaycan tarı üçün konsert” əsəri bəstələmişdir. Üç hissədən ibarət bu əsər Azərbaycan Respublikasının xalq artisti, professor Ramiz Quliyev İran İslam Respublikasında qastrol səfərində olarkən, onun iştirakı ilə keçirilən konsertdə ilk dəfə ifa olunmuşdur.
İran Dövlət Milli Simfonik Orkestrinin ifasında Tehranın “Təlar-Vəhdət” salonunda səslənən həmin əsər musiqisevərləri heyran etmişdir. Konsertin solo hissəsini xalq artisti Ramiz Quliyev ifa etmişdir. Yeri gəlmişkən, İran bəstəkarı bu əsəri məhz həmyerlimiz, istedadlı tarzən Ramiz Quliyevə ithaf etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:23]
“Vətənimdir Azərbaycan!” layihəsi Şamaxıda
- 19.06.2026 [10:42]
Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani
- 19.06.2026 [09:00]