İran Böyük Britaniyadan borcunun ödənilməsini tələb edir
Tehran, 11 sentyabr, AZƏRTAC
İranın Müdafiə Nazirliyi bəyanat yayaraq Böyük Britaniyadan 40 il əvvəl imzalanmış müqavilənin şərtlərini yerinə yetirməyi və borcunu qaytarmağı tələb edib.
AZƏRTAC xəbər verir ki, 1974-cü və 1976-cı illərdə rəsmi Tehran ilə London arasında hərbi sahədə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Böyük Britaniyanın İrana 1500 tank və 260 zirehli avtomobil satması nəzərdə tutulurdu. Bunun üçün İran Birləşmiş Krallığa 450 milyon funt sterlinq (təxminən 800 milyon dollar) ödəyib. Lakin 1979-cu ildə baş verən islam inqilabından sonra rəsmi London müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək nə pulu qaytarıb, nə də nəzərdə tutulan hərbi texnikanı İrana təhvil verib. Uzun müddət keçməsinə baxmayaraq, İran daim bu məsələni qaldıraraq haqqını tələb edib. Lakin rəsmi London konkret addımlar atmağa tələsmir.
Britaniyanın Müdafiə naziri Ben Uolles İrana borcun olmasını etiraf edib. Lakin o, tətbiq olunan sanksiyaların borcun qaytarılmasına imkan vermədiyini də nəzərə çatdırıb.
İran Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Böyük Britaniya müqaviləyə əməl etməməklə etibarsız tərəfdaş olduğunu göstərir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [12:21]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
- 07.06.2026 [11:44]
Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]