İran ev sahibliyi edəcəyi dünya kubokunda ABŞ güləşçilərinin iştirakına qarşıdır
Bakı, 3 fevral, AZƏRTAC
İranın Xarici İşlər Nazirliyi (XİN) fevralın 16-17-də Kirmanşah şəhərində keçiriləcək güləş üzrə dünya kubokunda ABŞ yığmasının iştirakına qarşı çıxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İRNA agentliyinə İranın XİN rəsmisi Bəhram Qasemi deyib. Onun sözlərinə görə, bu məsələyə İranın xarici siyasət idarəsinin xüsusi komitəsində baxılıb və nəticədə qurum amerikalı idmançıların ölkəyə gəlişinə qarşı çıxıb. Məlum olub ki, həmin məsələyə baxılarkən yeni ABŞ administrasiyasının İran siyasəti xüsusi nəzərdən keçirilib. Bura Prezident Donald Trampın miqrasiya siyasətinin məhdudlaşdırılması və üç ay müddətində yeddi müsəlman ölkəsi, o cümlədən İrandan olan vətəndaşların Amerikaya gedişinə qadağa məsələləri də daxil edilib.
İranın Xarici İşlər Nazirliyindən bildirilib ki, bu, ölkə vətəndaşlarına qoyulan qadağanın simmetrik cavabıdır. Qeyd olunub ki, Amerika hökumətinin Birləşmiş Ştatlara müsəlmanların səyahətinə dair qadağa qərarı İslam dünyası və İran millətinə qarşı təhqiramız addımdır. Buna cavab olaraq İran hökuməti isə vətəndaşlarının marağı və hüquqlarının qorunması baxımından bütün hüquqi və siyasi addımlara əl atacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]