İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MAHMUD ƏHMƏDİNEJADA
İran İslam Respublikasının milli bayramı - İslam inqilabı günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında dərin tarixi kökləri olan dostluq və mehriban qonşuluq münasibətlərinin, qarşılıqlı əlaqələrimizin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost İran xalqına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 fevral 2006-cı il.