DÜNYA
İran polisi 1,7 tondan çox narkotik vasitə müsadirə edib
Tehran, 14 fevral, AZƏRTAC
İran polisinin Xorasan vilayətində həyata keçirdiyi əməliyyat nəticəsində 1 ton 755 kiloqram narkotik vasitə müsadirə olunub.
AZƏRTAC xəbər verir ki, narkotik vasitələri qaçaqmalçılar qanunsuz yollarla Əfqanıstandan İrana, buradan isə Avropa ölkələrinə daşıyırlar. Xorasan vilayətinin Əfqanıstan ilə sərhədlərinin uzunluğu 331 kilometrdir.
İranın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə idarəsindən bildiriblər ki, sintetik narkotik vasitələrə aid olan heroin Əfqanıstanda istehsal edilir. Çox təhlükəli narkotik vasitə olan heroin güclü asılılıq yaradır. Bu narkotikin istehsalı və Avropa dövlətlərinə daşınmasının arxasında bəzi dövlətlər dayanır.
Hər il İran polisi 10 tondan çox narkotik vasitə ələ keçirərək məhv edir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]
Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək
- 07.05.2024 [14:48]
Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur
- 07.05.2024 [14:14]
Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq
- 07.05.2024 [14:02]