İran Prezidenti OANA nümayəndələrini qəbul edib
Tehran, 25 oktyabr, AZƏRTAC
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi oktyabrın 25-də Tehranda Asiya-Sakit Okean Xəbər Agentlikləri Təşkilatının (OANA) XVIII Baş Assambleyasının nümayəndələrini qəbul edib.
AZƏRTAC xəbər verir ki, İran dövlətinin başçısı qonaqları salamlayaraq müasir şəraitdə informasiya azadlığının vacibliyini, feyk xəbərlərin zərərini və yalan informasiyanın dünyada yayılmasına qarşı mübarizədə onun ölkəsinin göstərdiyi səyləri qeyd edib.
İran Prezidenti dünyada mövcud olan, xüsusən suveren dövlətlərin seçdiyi siyasi kursa aid məsələlərlə bağlı ikili standartlarla əlaqədar təəssüfləndiyini bildirib.
Sonra Seyid İbrahim Rəisi görüş iştirakçılarının suallarına cavab verib, onlara OANA çərçivəsində səmərəli iş arzulayıb.