İRAN VELOSİPEDÇİLƏRİ ŞƏHİDLƏR XİYABANINI VƏ FƏXRİ XİYABANI ZİYARƏT ETMİŞLƏR
Bakı, 19 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 19-cu ildönümü münasibətilə İrandan başlanmış veloyürüşün iştirakçıları yanvarın 19-da Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Veloyürüşçülər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzmüşlər.
Daha sonra marafon iştirakçıları Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad etmiş, “Əbədi məşəl” önünə əklil qoymuşlar.
Qeyd edək ki, İranın 20-dək idmançısının iştirak etdiyi yürüş Parsabad şəhərindən başlamışdır. Velosipedçilər yanvarın 18-də Biləsuvarda şəhər ictimaiyyəti ilə görüşmüşlər. İran idmançıları Azərbaycan velosipedçiləri ilə birgə təlim-məşq toplanışları keçirmək üçün daha 2 gün Bakıda qalacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:46]
Çempionlar Liqası: "Sabah"–“Slaviya Praqa” oyunu başlayıb
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]