İran XİN başçısı OANA-nın Baş Assambleyasının nümayəndələrini qəbul edib VİDEO
Tehran, 25 oktyabr, AZƏRTAC
İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahyan oktyabrın 24-də Tehranda Asiya -Sakit Okean Xəbər Agentlikləri Təşkilatının (OANA) XVIII Baş Assambleyasının nümayəndələrini qəbul edib.
AZƏRTAC xəbər verir ki, tədbirə ev sahibliyi edən ölkənin xarici siyasət idarəsinin rəhbəri görüşdə forum iştirakçılarını OANA çərçivəsində səmərəli işləri və peşəkar fəaliyyətində uğurlar münasibətilə təbrik edib, İran İslam Respublikasının xarici siyasətinin əsas istiqamətləri barədə məlumat verib.