İRANIN NÜVƏ SİLAHI YARATMAQ PLANLARI YOXDUR
Hazırda Niderlandda səfərdə olan Ruhani demişdir: “Biz nəzərə çarpdırdıq ki, İranın atom proqramı ilə bağlı məsələləri təzyiq və hədə-qorxu ilə deyil, yalnız dialoqun köməyi ilə həll etmək olar”.
İran hökumətinin yüksək vəzifəli nümayəndəsi Niderlandın Baş naziri Yan Peter Balkenende və XİN-in başçısı Ben Bot ilə görüşlərindən danışaraq bildirmişdir ki, görüşlərdə onun ölkəsi ilə Avropa Birliyi arasında strateji əməkdaşlıq paketini təşkil edən iki müxtəlif mövzuya toxunulmuşdur. Nüvə məsələsi prinsipial mövzulardan biridir.
İranın nümayəndəsi ilə hazırda Avropa Birliyinə başçılıq edən Niderland rəhbərləri arasında bu görüş AB ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi müşavirəsindən iki gün sonra keçirilmişdir. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Müdirlər Şurasının sentyabrın 13-nə təyin edilən Vyana sessiyası ərəfəsində keçirilən bu müşavirədə nazirlər Avropa Birliyinin İranın nüvə proqramından çox narahat olduğunu bəyan etmişlər. Sessiyada “İran məsələsi”nə də baxılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]