İranın “Press TV” kanalının “Facebook”dakı səhifəsinin bağlanması siyasi xarakter daşıyır
Tehran, 9 aprel, AZƏRTAC
İranın “Press TV” kanalının “Facebook” səhifəsinin bağlanmasının sadə səbəbi var. Bu da ondan ibarətdir ki, ABŞ həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını istəmir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Konstitusiyanın Mühafizə Şurasının katibi Abbas Əli Kəndxudayi deyib.
O bildirib ki, ABŞ-dan idarə olunan sosial şəbəkələr istənilən zaman bağlanır, istənilən vaxt açılır. Özünü demokratiyanın beşiyi hesab edən ABŞ-ın bu hərəkətləri heç də onun söz və mətbuat azadlığına bağlı olduğunu deməyə əsas vermir. “Press TV”nin internet səhifəsini bağlamaqla məzlumların səsini boğmağa çalışan ABŞ buna nail olmayacaq.
Qeyd edək ki, “Facebook” İranın “Press TV” kanalının səhifəsini bağlayaraq onun fəaliyyətinin şirkətin prinsiplərini pozduduğunu bildirib. Lakin söhbətin hansı prinsiplərdən getdiyini bildirməyib.
İran tərəfi bunun siyasi xarakter daşıdığını və ABŞ-n əsl həqiqətləri eşitmək istəmədiyini bildirib.
Qeyd edək ki, müxtəlif vaxtlarda İranın Ali Rəhbərinin, Prezidentinin və “Fars news” saytının da “Facebook”, “Twitter” və başqa sosial şəbəkələrdəki səhifələri bağlanıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]