İRANIN VƏ RUSİYANIN MƏNAFELƏRİ TERRORİZMLƏ MÜBARİZƏDƏ ƏMƏKDAŞLIĞI GENİŞLƏNDİRMƏYİ ZƏRURƏTƏ ÇEVİRİR
Diplomat demişdir: “Bu gün terrorçu qruplaşmaların fəaliyyətini genişləndirməsi gözdən qaçmır. Onlar artıq ayrı-ayrı dövlətlərin hüdudlarından kənara çıxaraq, müxtəlif ölkələrdəki eyni qurumlarla ciddi əlaqələr yaratmışlar”.
Səfirin fikrincə, problemin həlli üçün bu təhlükə ilə mübarizədə müxtəlif ölkələrin qarşılıqlı fəaliyyətini inkişaf etdirmək lazımdır. Bu, İran üçün xüsusilə aktualdır, çünki o, böhranlı ocaqlarla, habelə narkobazların, mütəşəkkil cinayətkar qruplaşmaların, ekstremistlərin qızğın fəaliyyət göstərdikləri bölgələrlə həmsərhəddir.
Q.Şafei demişdir: “Terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə olduğu kimi, İranın və Rusiyanın hərbi sahədə də təhlükəsizlik problemləri çox aktualdır. Ölkələrimizin mənafeləri məsləhətləşmələri və əməkdaşlığı genişləndirməyi tələb edir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə edilir
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]