İRANIN VİTSE-PREZİDENTİ ABŞ-IN ONUN ÖLKƏSİNƏ QARŞI TƏCAVÜZÜNÜ MÜMKÜN HESAB ETMİR
O vurğulamışdır ki, “İranı İraqla, eləcə də Əfqanıstanla müqayisə etmək olmaz. ABŞ bu ölkələrdən gedə bilmir. Bax, bu, ona İrana hücum etməyə imkan verməyəcəkdir”.
Məşai ABŞ-ın müdafiə naziri Ramsfeldin bu yaxınlarda verdiyi bəyanata da münasibətini açıqlamışdır. Pentaqonun başçısı Tehranın nüvə tədqiqatlarını hərbi məqsədlərlə davam etdirməsi təqdirində, İrana qarşı güc işlədilməsinin mümkün olduğunu bildirmişdir.
İranın vitse-prezidenti Qərb KİV-lərində Məhəmməd Peyğəmbərə karikaturalar verilməsinə qarşı islam ölkələrində etiraz kampaniyalarını Tehranın qızışdırdığı barədə ABŞ-ın ittihamlarını tamamilə rədd etmişdir. Məşai demişdir: “Belə aksiyaları İranın və Suriyanın öz mənafeləri naminə qızışdırdığı barədə ABŞ dövlət katibi Kondoliza Raysın iddiaları 100 faiz yalandır”. Onun sözlərinə görə, zorakılıqlara çevrilən belə etirazları “müsəlmanları digər dinlərin nümayəndələri ilə toqquşdurmağa çalışan qüvvələr qızışdırırlar”.