İRAQ HÖKUMƏTİ NEFT SEKTORUNU XARİCİ KAPİTAL ÜÇÜN AÇIR
AZƏRTAC xəbər verir ki, xarici şirkətlərin İraqın neft yataqlarının işlənilməsində iştirakına dair ilk beynəlxalq tender İraq hökuməti tərəfindən iyunun 30-da elan ediləcəkdir. Bunu ölkənin neft nazirliyinin rəsmi nümayəndəsi bildirmişdir.
Bağdadın planlarına əsasən, iyunun 30-da tenderə çıxarılan yataqların siyahısı, habelə onun keçirilməsinin son müddəti açıqlanacaqdır. Eyni zamanda, müqavilələrin şərtləri və müddəti elan olunacaqdır.
Bildirilir ki, Bağdad tenderə buraxılacaq şirkətlərin sayını 41-dək artırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]