İraqın kişi həndbolçuları “Bakı-2017”nin bürünc medallarına sahib olublar
Bakı, 14 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC
Mayın 14-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının kişi həndbolçuların yarışında üçüncü yer uğrunda görüşdə İraq və Əlcəzair komandaları mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, İraqlı həndbolçular görüşün ilk hissəsini qələbə ilə başa vurublar - 17:10. Matçın ikinci hissəsində Əlcəzair komandası qalib gəlsə də (12:10), ümumi nəticədə 27:22 hesabı ilə qələbə qazanan İraq həndbolçuları “Bakı-2017”nin bürünc medallarını əldə ediblər.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyun azərbaycanlı hakimlər tərəfindən idarə olunub.