İraqın şimalında şəhid olan türk əsgərlərinin sayı 6-ya çatıb
Bakı, 23 dekabr, AZƏRTAC
İraqın şimalında Kürdüstan Fəhlə Partiyası (PKK) terrorçularının hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 6-ya çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Hücum cümə günü axşam saatlarında baş verib. Əvvəlcə 3 əsgərin həlak olduğu və 4-nün yaralandığı bildirilirdi.
Son məlumata görə, terrorçularla döyüş zamanı yaralanan 4 hərbçidən üçünün həyatını xilas etmək mümkün olmayıb. İndiyədək bölgədə 7 terrorçu öldürülüb və onların təqibi üzrə əməliyyatlar davam edir.
Türkiyə Müdafiə Nazirliyi dekabrın 21-də bildirmişdi ki, ilin əvvəlindən bəri əsasən İraqın və Suriyanın şimalında 2120 PKK silahlısı zərərsizləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]