Azərbaycan Dövlət İnformasiya Agentliyi

İrəvanın coğrafi mövqeyi və təbii şəraiti - alimlərin şərhi

İrəvanın coğrafi mövqeyi və təbii şəraiti -  alimlərin şərhi

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan türklərinin qədim yurdları olan indiki Ermənistan adlanan ərazinin, o cümlədən İrəvan şəhərinin təbii şəraitinin öyrənilməsi hazırda oradan məcburi şəkildə digər ərazilərə köçürülmüş xalqımızın etnolandşaft yaddaşının təzələnməsində çox vacib və önəmli yerə malikdir. Bu məsələnin ciddi şəkildə araşdırılması həm də dünyanın siyasi, iqtisadi və sosial həyatında baş verən hadisələrlə də sıx bağlıdır. Dünyada siyasi tarazlığı qoruyub saxlayan, onu istiqamətləndirən Avrasiya materikidir. Burada siyasi tarazlığın pozulması bütün dünyada siyasi iqlimin dəyişməsinə və yenidən qurulmasına təsir edir. Qeyd olunan materikin kənarlarında baş verən geopolitik dəyişmələr və münaqişələr dünyadakı siyasi və iqtisadi proseslərin yenidən qurulmasından xəbər verir. Avrasiyada geosiyasi tarazlığın qorunub saxlanmasında isə tarix boyu materikdə mərkəzi mövqe tutan türk xalqlarına böyük ehtiyac olub. Bu səbəbdəndir ki, Türk Dövlətləri Birliyinin yaranmasına rəvac verilib. Hazırda Qafqazda da geosiyasi vəziyyət mürəkkəbdir və ayrı-ayrı dövlətlərin siyasi maraqlarının kəskin şəkildə toqquşduğu əraziyə çevrilib. Mövcud vəziyyətdən dövlətimizin uğurla çıxması bilavasitə hökumətimizin apardığı siyasi kursla sıx bağlıdır. Bu yaxınlarda Prezident İlham Əliyevin dəstəyi ilə Qərbi Azərbaycan İcmasının yaradılması da təsadüfi deyildir. Sosial-iqtisadi və siyasi hadisələr müəyyən məkanda cərəyan edir və formalaşır. Hər bir məkanın isə özünəməxsus coğrafi vəziyyəti və təbii şəraiti mövcuddur. Bunlara müvafiq olaraq İrəvan şəhərinin təbii şəraitinin, həmçinin coğrafi mövqeyinin öyrənilməsi, onun ictimaiyyətə çatdırılması olduqca vacib və maraqlıdır.

Bu fikirlər coğrafiya üzrə fəlsəfə doktorları Mirnuh İsmayılov və Səidə Zeynalovanın həmmüəllifi olduqları məqalədə yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

İrəvan şəhərinin əlverişli coğrafi mövqeyi və təbii şəraiti qədimdən bu ərazilərin insanlar tərəfindən məskunlaşmasına imkan yaradıb. Ətraf dağlıq ərazilərə nisbətən iqlimin mülayimliyi, relyefdə hamarsəthli plato-düzənliklərin üstünlüyü, məhsuldar torpaq-bitki örtüyü, əlçatan şirin su mənbələri və müxtəlif tərkibli tikinti materialları ilə zənginlik İrəvan şəhərinin yerləşdiyi ərazini tarixən insanların həyat fəaliyyəti üçün cəlbedici edib. İrəvan Qərbi Azərbaycan yaylasının mərkəzi hissəsini tutan Orta Araz çökəkliyindəki Ağrı düzənliyinin şimal-şərqində yerləşir. İrəvan şəhərinin yerləşdiyi çökəklik üç tərəfdən hündür dağ silsilələri ilə əhatə olunub. Şəhəri şimal-qərbdən Ağrıdağ, şimaldan Qarnıyarıq, Boztəpə və Dərəbaşı, şərqdən isə Qızılı dağları əhatələyir.

Cənuba doğru İrəvan dağdaxili çökəkliyi tədricən Araz çayı dərəsinə doğru alçalır. Şəhər iri su hövzələrindən kənarda yerləşir. Nisbətən yüksək oroqrafik hündürlüyə malik şəhərin ərazisində ən alçaq yerin okean səviyyəsindən hündürlüyü 860 metr, ən yüksək hissəsi isə 1510 metrə çatır.

İrəvan şəhərinin yerləşdiyi Orta Araz çökəkliyi mürəkkəb geoloji quruluşa malik tektonik əyilmə-qırılma zonasına uyğun gəlir. Qeyd olunan çökəklik tektonik quruluşuna görə bir-birindən fərqli iki sinklinoriuma müvafiq olaraq Naxçıvan və Ağrı düzənliklərindən ibarət iki fiziki-coğrafi vilayətə ayrılır. Orta Araz çökəkliyinin Naxçıvan düzənliyi hazırda əsasən Azərbaycan Respublikasının sərhədləri daxilində yerləşir. İndiki Ermənistan ərazisində yerləşən Ağrı düzənliyinin şimal-şərq hissəsinə bəzən İrəvan çökəkliyi də deyilir.

İrəvanda seysmiklik 6-7 bala çatır. Lakin şəhərin bəzi rayonlarında bu kəmiyyət 8 və bəzən də 9 balla qiymətləndirilir.

Kiçik Qafqaz və Pont dağlarının yaratdığı baryer effekti və eyni zamanda, mütləq hündürlüyünün çox olması burada subtropik iqlim qurşağının özünəməxsus kifayət qədər kontinental iqlim tipinin yaranmasına şərait yaradır. Ağrı (İrəvan) düzənliyinin yayı çox isti keçir. Havanın illik temperatur amplitudası 32 dərəcəyə çatır. İl ərzində 200-300 mm yağıntı düşür. Yay ayları nisbətən yağıntılı keçir.

Uzunluğu 141 km olan Zəngi çayı Göyçə gölündən başlayaraq İrəvan şəhərindən keçir və onu iki hissəyə bölür. Aşağı axında Zəngi çayı Türkiyə ilə sərhəddə Araz çayına qovuşur. Əsasən yeraltı sular, atmosfer yağıntıları və qar ərinti suları ilə qidalanır.

İrəvan ərazisi Ağrıdağ düzənliyinin şimal-şərqində yerləşir. Torpağın əmələ gəlməsi prosesi zəif təbii bitki örtüyü olan quru kontinental iqlimdə baş verir, buna görə də torpaqlar zəif humus qatına malik yarımsəhra tipinə aiddir. Yağıntının az olması və yüksək buxarlanma qabiliyyəti ərazidə qədimdən suvarmanın tətbiqinə şərait yaradır.

Geniş yayılmış torpaq növü qəhvəyi torpaqlardır. Qəhvəyi torpaqların şəhər daxilində müxtəlif yarımtiplərinə rast gəlinir. Bu torpaqlar şəhərin əsas hissələrində demək olar ki, texnogen çirklənməyə və deqradasiyaya məruz qalıb.

Bir sıra alimlərə görə, florasının xarakterinə əsasən Orta Araz çökəkliyi Qərbi Azərbaycan-İran flora vilayətinin bir hissəsi hesab edilir. Bu florostik əyalət Kiçik Asiya, Qərbi Azərbaycan və İranın semiarid və arid bölgələrini əhatə edir. Bu flora əyalətində endemik bitki növlərinin sayı ümumi tərkibin 20 faizini təşkil edir. Orta Araz çökəkliyində yovşan və şoran yarımsəhra bitkiləri üstünlük təşkil edir.

Halofit formasiyalı bitki örtüyü 500-1400 metr hündürlükdə yayılıb. Bu bitki formasiyaları İrəvan çökəkliyinin şoran torpaqları üçün xarakterikdir. Əksər hallarda halofitlər şirəli olur. Ətli şorangə yüksək şoranlaşmış torpaqlarda və quru şoran torpaqlarda çox geniş yayılıb.

Avan çökəkliyi və Kotay yaylasında ot bitkilərindən ibarət dağ-çöl qurşağı geniş sahə tutur. Relyefin müxtəlifliyi və hündürlük fərqinin 500 metrdən çox olması şəhər landşaftının formalaşmasında əsas rol oynayır. Relyefin mürəkkəbliyi şəhərsalma üçün çətin şərait yaradır. Şəhər ərazisində relyefin morfometrik təhlilləri göstərir ki, burada hamar səthlər 40 faiz, az meylli yamaclar 50 faiz, dik yamaclar isə ərazinin 10 faizini əhatə edir.

Hazırda İrəvan şəhərinin əhatə etdiyi ərazidə mövcud landşaftların 26 faizi təbii, 74 faizi isə antropogen komplekslərdir. Təbii landşaftlar əsasən şəhərətrafı ərazilərdə, çay vadilərində və şəhər daxilindəki kiçik meşəlik ərazilərdən ibarətdir.

Tarixən sənaye-texnogen landşaftların yerləşməsi çay vadiləri ilə məhdudlaşırdı. İndi isə bu landşaftlara şəhərin müxtəlif hissələrində rast gəlmək mümkündür. Bütün dövrlərdə şəhər landşaftının əmələ gəlməsi və dinamikasında əsas amillər iqlim, geoloji-geomorfoloji faktorlar, o cümlədən ərazinin təbii landşaft xüsusiyyətləri əsas rol oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiyada qaz anbarlarının doluluq nisbəti 70 faizə çatıb

“LINKS Europe” Fondunun direktoru Avropa-Azərbaycan münasibətlərində yeni səhifənin açılmasını təklif edib

AQTA-nın idxal-ixrac əməliyyatları üzrə göstərdiyi elektron xidmətlər daha da təkmilləşdirilib

Güzəştli mənzil layihəsindən yararlanan ailələrin sayı açıqlanıb

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

“Volotea” aviaşirkətində tətil həyəcanı: Yüzlərlə uçuş risk altındadır

Macarıstanda kommunist dövrünə aid məxfi xidmət arxivlərindən 80 minədək şəxsin adı açıqlana bilər

Təhsil İnstitutunun rəsmisi: DİM imtahanlarında PISA tipli tapşırıqların tətbiq edilməsi gözlənilir

MİDA-nın növbəti güzəştli mənzil satışı ilin sonuna planlaşdırılır

Azərbaycan və Özbəkistan arasında mədəni körpülər Buxarada möhkəmlənir

Elnur Əliyev: Səriştəəsaslı məzmun və qiymətləndirmə istiqamətində mühüm islahatlar həyata keçirilib

MİDA: Mənzillərin xeyli hissəsi vətəndaşlar tərəfindən seçilib

NBA klubuna ağır cəza verilib

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək

BMU-da bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil olunacaq

PISA 2025 tədqiqatında Azərbaycandan 7432 şagird iştirak edib

Bakıda Azərbaycan-Avropa münasibətlərinin perspektivləri müzakirə olunur

Son sutka ərzində ölkədə 93 cinayətin açılması təmin edilib – DİN

Lənkəran, Şirvan və Yevlax Yaşayış Komplekslərində mənzillərin güzəştlə satışına başlanılıb

Uşağın anadan olmasına görə müavinət alanların sayı açıqlanıb

Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb

Seneqallı nazir ölkəsində “ASAN xidmət” modeli əsasında dövlət xidmətləri mərkəzlərinin qurulacağını bildirib

Çempionlar Liqası: “Mançester Yunayted”in “Sabah”la oyun üçün iştirak ərizəsi açıqlanıb

Sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilmə üzrə meyarlarda dəyişikliklər təsdiqlənib

“IRONMAN 70.3” yarışı ilə əlaqədar Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək

Azərbaycan basketbol millisinin baş məşqçisi ilə yollar ayrılıb

Azərbaycan neftinin qiyməti 105 dollara çatır VİDEO

Azərbaycan neftinin qiyməti 105 dollara çatır VİDEO

Papa XIV Leonun səfəri üçün 15 min təhlükəsizlik əməkdaşı səfərbər ediləcək

Gömrükçülər nəqliyyat vasitəsində külli miqdarda qurudulmuş marixuana aşkar ediblər

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan Premyer Liqasında IV tur başlayır

Naxçıvanda şagirdlərin yerli və beynəlxalq olimpiada hazırlıqlarına start verilir

Birjalarda neft qiymətləri VİDEO

Birjalarda neft qiymətləri VİDEO

Xırdalan şəhərində obyektdə yanğın baş verib

ÜMT: El-Nino hadisəsinin güclənməsi 2027-ci ilədək ekstremal hava hadisələri riskini artırır

Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib

Avropa Komissiyası Qrenlandiyaya 200 milyon avro maliyyə ayıracaq

Bu gün Ümumdünya Leykemiya Günüdür

“Politico”: ABŞ ordusu COVID-19 peyvəndi ilə mümkün əlaqəli ölümləri araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığında istifadə olunan gəmini məhv edib

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

BVF Venesuelada nümayəndəliyini açmağı nəzərdən keçirir

Tramp Adam Telleni ABŞ Ordusunun müvəqqəti katibi təyin edib

Media: İsrail qüvvələri Livanın cənubunda “Hizbullah”ın istehkamını ələ keçirib

İstanbulda terror aktı planlaşdıran İŞİD üzvü öldürülüb

“Volkswagen” 50 min iş yerini ixtisar etməyə hazırlaşır, 4 zavodun taleyi sual altındadır

“NY Post”: Oman İranın Hörmüz boğazı ilə bağlı ödəniş təklifini rədd edib

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlərin sayı artıb

Nigeriyada neft oğurluğu cəhdi zamanı 37 nəfər ölüb

Zelenski: ABŞ nümayəndələrinin Kiyevə səfəri yaxın günlərdə reallaşa bilər

İordaniya XİN: ABŞ hərbçilərinin ölkədəki mövcudluğu müdafiə əməkdaşlığı sazişi ilə tənzimlənir

Liviyada yanacaq anbarına PUA ilə hücum edilib

Suriyada kimyəvi silah proqramının komponentlərinin məhv edilməsinə başlanılıb

Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib

Berlin aeroportunda bomba həyəcanı ilə əlaqədar sərnişinlərin bir qismi təxliyə olunub

Tramp Putini G20 sammitinə dəvət edib-etməyəcəyinə hələ qərar verməyib

Raul Kastronun nəvəsi ABŞ-nin sanksiya siyahısına daxil edilib

Vens: İran kommersiya gəmilərinə atəş açmağı dayandırmasa, onlarla danışmayacağıq

Vitse-prezident: ABŞ heç vaxt döyüşdə mülki şəxsləri hədəf almır

Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır

Mahir Emreli Polşa klubunda vurduğu qolların sayını 6-ya çatdırıb

Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır - ŞƏRH

ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb

BTA-nın baş direktoru Kiril Valçev Bolqarıstanda vitse-prezidentliyə namizəd olub

“Sabah”ın rəqibi aparıcı futbolçusunu Səudiyyə Ərəbistanı klubuna satıb

“Zirə” braziliyalı futbolçu ilə müqavilə imzalayıb

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT

Dövlət Departamenti: İsrailin livanlı məhbusları azad etməsi ABŞ-nin vasitəçiliyinin nəticəsidir

Bu saata olan əsas xəbərlər  

Azərbaycan Ankarada beynəlxalq moda sərgisində təmsil olunur

ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə də dəstək verəcək

Naxçıvanda toxum tədarükünə başlanılıb

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb - YENİLƏNİB

Almaniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Bu il Almaniyada 165 təxribat xarakterli hadisə qeydə alınıb

Mədəniyyət Nazirliyi bp şirkəti ilə əməkdaşlığı genişləndirir

Rövşən Məmmədli: Bədii filmlərlə yanaşı, cizgi filmlərində də uşaq səslərindən istifadə olunur

YUĞ Teatrı yeni mövsümlə bağlı planlarını təqdim edib

Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir

Elçin Şamilli: Əli Seyran İmanzadənin yaradıcılığı azərbaycanlı rəssamların beynəlxalq arenada təmsil olunmasına nümunədir

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Sahibə Qafarova: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib

Vüsal Murtuzəliyev: “Məhmət Fəthlər Sultanı” serialında səsləndirdiyim Konstantin çox emosional rol idi

ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb VİDEO

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb VİDEO

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb VİDEO

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb VİDEO

Türkiyədə meyvə şirələrində şəkərəvəzləyicilərdən istifadəyə tam qadağa qoyulur

ŞƏT sammiti Azərbaycanın beynəlxalq hüquqa və milli maraqlara söykənən xarici siyasətinin növbəti təzahürüdür - RƏY

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb VİDEO

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb VİDEO

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutacaq

“Zirə” afrikalı futbolçu transfer edib

Ekspert: Azərbaycan Avrasiyanın strateji bağlantı halqasına çevrilir

“Mançester Yunayted”in yeni transferi “Sabah”la oyunu buraxacaq

Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat sentyabrın 8-dən başlayacaq

Rafiq Əzimov: Yaşar Nuri Azərbaycan teatr və kino sənətində silinməz iz qoyub

2050-ci ilədək məlumat mərkəzlərinə investisiyalar 31,6 trilyon dollara çatacaq

Ofeliya Novruzqızı: Elə olur ki, hətta bir saat ərzində bir obrazı səsləndirirəm