İri sənaye şəhərlərinin atmosfer havasında zərərli qazlar normadan aşağıdır
Bakı, 9 sentyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabrın 8-i üçün iri sənaye şəhərlərində atmosfer havasının gözlənilən çirklənmə vəziyyətini təhlil etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda tozun miqdarı 0,5-1,0 milliqram/kubmetr olmaqla, yol verilən qatılıq həddini (0,5 milliqram/kubmetr) keçmiş, digər şəhərlərdə isə norma daxilində dəyişmişdir.
Məlum olmuşdur ki, sənaye şəhərlərində atmosferin əsas çirkləndiricilərindən kükürd və dəm qazı normadan aşağıdır. Naxçıvan, Şirvan və Şəkidə isə dəm qazı ümumiyyətlə qeydə alınmamışdır.
His yalnız paytaxtda müşahidə edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]