İrpen şəhərində yeni körpü istifadəyə verilib
İrpen, 21 noyabr, AZƏRTAC
Rusiyanın Ukraynaya qarşı başladığı müharibə zamanı İrpen şəhərinin girişində partladılan strateji əhəmiyyətli körpünün yerində yenisi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Baş nazirinin müavini Oleksandr Kubrakovun verdiyi məlumata görə, körpünün hər istiqamətdə iki hərəkət zolağı var. Körpünün uzunluğu 115 metr, eni 18 metrdir. Təhlükəsiz hərəkət üçün bütün zəruri mühəndis konstruksiyaları, o cümlədən hər tərəfdən velosiped və piyada keçidləri ilə təchiz olunan körpü artıq bütün nəqliyyat növləri üçün açıqdır.
Müharibə zamanı dağıdılmış körpünün qalıqları qorunub saxlanılacaq. Artıq burada İrpenin azad edilməsi şərəfinə və Kiyevin müdafiəçilərinin xatirəsinə memorial kompleksin yaradılması istiqamətində işlər aparılır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
İrpen
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]