Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğal dövrünün dağıntıları bərpa-quruculuqla, soydaşlarımızın torpaq həsrəti Böyük Qayıdışla əvəzlənir

İşğal dövrünün dağıntıları bərpa-quruculuqla, soydaşlarımızın torpaq həsrəti Böyük Qayıdışla əvəzlənir

Bakı, 6 may, AZƏRTAC

Son iki ildən artıq dövrün qürurla bəhs etdiyimiz mühüm hadisələrindən biri işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın gələcəkdə bu torpaqlarda rahat, təhlükəsiz yaşayışlarının təmin edilməsi üçün zəruri olan bütün addımların atılmasıdır. 30 illik işğal dövrünün dağıntılarını bərpa-quruculuq işləri, soydaşlarımızın torpaq həsrətini Böyük Qayıdış əvəzləyir. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərlərinin hər biri bərpa-quruculuq işlərinin miqyasının daha da genişləndirilməsinə, Böyük Qayıdışın tam şəkildə başa çatmasına yönələn addımlarla diqqətdə olur. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi dövlətimizin siyasətində prioritet məsələdir. Ölkə Prezidentinin son illərdə bölgələrə səfərlərinə diqqət yetirsək görərik ki, bu səfərlərin böyük əksəriyyəti işğaldan azad edilmiş ərazilərimizədir. Buna əmin olmaq üçün təkcə may ayının ilk günlərinə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam, Xocavənd, Füzuliyə səfərləri, həmçinin dövlət başçısının Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarına səfəri yeni infrastruktur layihələrinin təməlinin qoyulması ilə yadda qaldı. Eyni zamanda, mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda iştirakı dövlət başçısının bu torpaqların bərpası işinin tezliklə başa çatdırılaraq soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmaları üçün biri-birindən mühüm addımlar atdığını nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, əzəli və əbədi sahibinə qovuşmuş torpaqlarımızda tarixi və dini abidələrin bərpası, həmçinin milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliğinə xidmət edən addımların atılması görülən işlərin əsasında dayanır. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam Muğam Mərkəzinin təməlini qoymaları bir daha təsdiqlədi ki, qədim və zəngin mədəniyyətimizin vizit kartı muğamın təbliğinə son illərdə istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Son dövrlərdə yaradılan muğam mərkəzlərinin muğamın yaşaması, dünyada layiqincə təbliği və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyəti var. Ağdam rayonunda Muğam Mərkəzinin inşası işğaldan azad olunmuş ərazilərimizdə digər sahələr kimi, mədəniyyət sahəsinin də sürətlə dirçəldilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü göstərir. Bu reallığı da xüsusi qeyd etməliyik ki, Ağdam şəhəri ilk “ağıllı şəhər” olacaq. “Qafqazın Xirosiması”, “ruhlar şəhəri” adlandırılan Ağdam müasir tələblər səviyyəsində yenidən qurulan “ağıllı şəhər”ə çevrilir. Təkcə Ağdam şəhərində təməli qoyulan sosial obyektlərin say tərkibinə diqqət yetirməklə bir daha bunun şahidi oluruq. Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, 2-ci, 3-cü yaşayış məhəlləsinin, həmçinin inzibati binanın təməlqoyma mərasimləri keçirildi. Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış oldu. Dövlət başçısının səfərdə olduğu digər rayonlarda da təməli qoyulan obyektlərin sayı çoxluq təşkil edir. Təbii ki, bu addımların əsasında iqtisadi və maliyyə imkanları dayanır. Daim bu reallıq qeyd edilir ki, Azərbaycan dünya hərb tarixində imza atdığı ilklə tarixə düşdü. Müharibə başa çatan kimi bu torpaqlarda bərpa-quruculuq işlərinə start vermək qeyri-mümkün görünürdü. Amma Azərbaycan bu işlərə öz maliyyə imkanları hesabına sıfırdan başladı. Dövlətimizin başçısının bu günlər ərzində səfər etdiyi rayonlarda yaşayış məhəllələrinin təməli qoyulması Böyük Qayıdışa çağırışdır.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyevin bu torpaqlardan səsləndirdiyi mesajlar konkret hədəfə istiqamətlənir. Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa iqtisadi, siyasi, humanitar mərkəz kimi diqqətdədir. ADA Universitetinin təşkilatçılığı ilə keçirilən növbəti konfransda Prezident İlham Əliyevin çıxışı, ona ünvanlanan sualları təmkinlə, əsaslı şəkildə cavablandırması dünya mətbuatının diqqətindən kənarda qalmadı. Dövlətimizin başçısının diqqət göstərdiyi əsas məsələlərdən biri məhz Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsi oldu.

Görünən budur ki, Ermənistan işğal dövründə keçmiş Minsk qrupunun fəaliyyətdə olduğu zamanda istifadə etdiyi taktikanı yenidən tətbiq etməyə çalışır. O zaman işğalçı dövlət torpaqları geri qaytarmaq istəmirdi. Bu səbəbdən də sülh danışıqlarına imitasiya naminə qatılır, çox hallarda hərbi təxribatlar törətməklə danışıqların baş tutmamasına səy göstərirdi. Bugünkü reallıqlar isə onu göstərir ki, Ermənistan yeni ağalar axtarışındadır. Onlardan sülh müqaviləsinin imzalayıb-imzalamaması ilə bağlı təklif gözləyir. Təbii ki, sülh müqaviləsinin imzalanması təklifi Azərbaycan tərəfinin işğalçı dövlətə verdiyi son şansdır. Azərbaycan bu günədək yaşadığı faciələri, erməni vəhşiliklərini bir kənara qoyub Ermənistanla münasibətlərində yeni səhifə açmağa çalışdığı, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin ediləcəyini bildirdiyi halda qarşı tərəfin bu humanistlikdən bəhrələnməyə səy göstərməməsi göz qabağındadır. Azərbaycan sülh mövqeyindən çıxış edir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Avrasiyanın üzləşdiyi risk və təhdidlər, yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirakı ilə ölkəmizdə müzakirələrin aparılması artıq ənənə halı alıb. Budəfəki konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir. Bu konfrans, eyni zamanda, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanları ilə bağlı müzakirələrin aparılması, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilə bilər. Konfransın mövzusu, keçirildiyi məkan hədəflərə aydınlıq gətirir. Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərə bu günədək reallaşdırdığı səfərlər arasında Qarabağın tacı Şuşaya səfər daha çoxluq təşkil edir. Prezident İlham Əliyevin istər keçirilən tədbirlərdə, istərsə də görülən işlərlə yaxından tanış olmaq məqsədilə etdiyi səfərlər zamanı bu məkandan səsləndirdiyi mesajların hər biri dünənə baxış əsasında gələcəklə bağlı hədəfləri açıqlayır. Dövlət başçısı İlham Əliyev beynəlxalq konfrans çərçivəsində sualları cavablandırarkən həm Azərbaycanın sabitlik məkanı, həm enerji təhlükəsizliyinin təminatçısı, həm də beynəlxalq münasibətlər sistemində ədalətin və beynəlxalq hüququn müdafiəçisi kimi artan rolunu diqqətə çatdırdı. Bütün bunlar Azərbaycanda Heydər Əliyev siyasətinin davam etməsinin təqdimatıdır. Dövlətimizin başçısı konfransdakı çıxışında “Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik” söyləməklə keçmişdən bu günə və gələcəyə doğru yolun xəritəsini təqdim etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib