Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad edilmiş ərazilərə səfərin müddətinin uzadılması vətəndaşlara yeni imkanlar yaradır-ŞƏRH

İşğaldan azad edilmiş ərazilərə səfərin müddətinin uzadılması vətəndaşlara yeni imkanlar yaradır-ŞƏRH

Bakı, 9 iyul, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərə son dövrlərdə vətəndaşlarımızın marağı getdikcə artır. Bu maraq həm orada əvvəllər yaşamış şəxslər, həm də həmin bölgələri görməmiş digər vətəndaşlar arasında müşahidə olunur. Vətəndaşların həmin bölgələrə səfər etmək - o torpaqlara ayaq basmaq, tarixi-mədəni irsimizi görmək, yaxından öyrənmək arzusu kifayət qədər güclüdür. Biz vətəndaş cəmiyyətinin – qeyri-hökumət təşkilatlarının nümayəndələri olaraq bu istəyi tez-tez eşidirik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə söyləyib.

Əvvəllər avtomobillə səfərlər üçün verilən icazə müddətinin iki günlə məhdudlaşmasının bəzi narahatlıqlara səbəb olduğunu deyən İ.Rizazadə artıq həmin müddətin beş günədək artırılmasının çox müsbət addım olduğunu, vətəndaşlar üçün əlavə imkanlar açdığını qeyd edib.

“Bu gün insanların həmin ərazilərə səfəri bölgənin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə icazə prosedurları, səfər qaydaları, otel yerləşmə məsələləri getdikcə sadələşdirilir. Yeni qəbul edilmiş dəyişikliklərə əsasən, artıq vətəndaşlarımız azad olunmuş bölgələrdə beş günədək səfərdə qala bilərlər. Bu da onlara həmin əraziləri daha ətraflı görmək, tanımaq və dərk etmək imkanı verir. Səfər zamanı otellərdə qalmaq üçün əlavə icazə prosedurlarına da ehtiyac qalmır. Həmin beşgünlük müddət ərzində azad olunmuş ərazilərdə qalmaq da qanuni və avtomatik həyata keçirilir. Yəni, vətəndaşların həmin otellərdə qalması üçün əvvəlcədən rezervasiya etmələri də mümkündür, ya da yerindəcə bu qərarı verə bilərlər. Hətta vətəndaşların səfərlərinin necə təşkil olunacağı məsələsində də onlara yerindəcə dəstək göstərilir. Səfərin planlaşdırılması, marşrutların müəyyənləşdirilməsi, görüləcək yerlərlə bağlı ilkin məlumatların verilməsi baxımından otel əməkdaşları tərəfindən vətəndaşlara yardım olunur. Bundan əlavə, əgər vətəndaş işğaldan azad olunmuş ərazidə fəaliyyət göstərən oteldə əvvəlcədən rezervasiya edibsə, əlavə olaraq bir daha icazə üçün müraciət etməyinə ehtiyac qalmır. Giriş icazəsi artıq otel tərəfindən təmin olunur. Bu isə prosesi hüquqi və texniki baxımdan daha əlçatan və çevik edir. İnsanların öz şəxsi minik avtomobilləri ilə həmin ərazilərə gedə bilməsi də əlavə rahatlıq yaradır. Bütün bunlar da dövlətin vətəndaş rahatlığı baxımından atdığı mühüm addımlardan biridir və əhalinin istəyini nəzərə almağın, onların səsini, fikirlərini eşitməyin bariz nümunəsidir”, - deyə o diqqətə çatdırıb.

İradə Rizazadə bildirib ki, bütün bunlar turizmin inkişafına dəstək verməklə yanaşı, həm də sahibkarlığın genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır: “Artıq bir çox sahibkarlar da bu ərazilərə maraq göstərirlər və belə gözəl bölgələrimizdə biznes infrastrukturunun yaradılması üçün təşəbbüslərlə çıxış edirlər. Azərbaycan dövləti də onlara bu prosesdə dəstək olur. Məqsəd odur ki, insanlar bu torpaqlarda rahat şəkildə yaşaya bilsinlər və orada həyat tədricən öz axarına qayıtsın. Eyni zamanda qeyd etmək lazımdır ki, turizmin və sahibkarlığın inkişafı doğma torpaqlarına qayıdan məcburi köçkünlərimiz üçün də yeni imkanlar yaradır. Bu ərazilərdə həyata keçirilən layihələr nəticəsində onlardan bir çoxu öz vətənlərində işlə təmin olunurlar. Bu isə, əlbəttə ki, bölgədə yaşayan əhalinin sosial rifahının yüksəldilməsinə və dayanıqlı məskunlaşmanın təmin olunmasına mühüm töhfə verəcək”.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq məhdudiyyətlər hələ ki, davam etməlidir. Bu, vətəndaşların sağlamlığı və təhlükəsizliyi baxımından ən vacib şərtlərdən biridir: “Düzdür, zaman keçdikcə azad edilmiş ərazilərə giriş üçün icazə prosedurları sadələşdirilir. Lakin icazələrin verilməsi, məhdudiyyətlərin saxlanılması mütləqdir. Çünki bu, ilk növbədə, insanların təhlükəsizliyinin təmin olunması baxımından son dərəcə vacibdir. Əlbəttə, təhlükə hələ də var – xüsusilə mina təhlükəsi. Lakin artıq bəlli ərazilər var ki, həmin yerlər tam şəkildə mina təmizləməsindən keçib. Düzdür, vətəndaşlar bu barədə maarifləndirilir, təhlükələr və davranış qaydaları haqqında onlara ətraflı məlumatlar verilir. Amma hər birimiz bilirik ki, bütün bunlara baxmayaraq bəzi hallarda arzuolunmaz hadisələr də baş verir. Məsələn, vətəndaş öz minik avtomobili ilə əraziyə daxil olur, lakin müəyyən qaydalara laqeyd yanaşdıqda bu, çox acı nəticələrə səbəb olur. Çünki mina təhlükəsi hələ də tamamilə aradan qalxmayıb. Sadəcə, məsələ ondadır ki, insanlar təhlükələrin fərqində olmalı və özlərinin, yaxınlarının həyatlarını qorumaq üçün bütün zəruri tələblərə ciddi şəkildə əməl etməlidirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO