İslamiada: Azərbaycanın kişi həndbolçuları Səudiyyə Ərəbistanı ilə görüşdə uğur qazana bilməyiblər
Bakı, 10 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC
Mayın 10-da IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışının ikinci gününün sonuncu qarşılaşmasında Azərbaycanın və Səudiyyə Ərəbistanının kişi həndbolçuları üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, maraqlı idman mübarizəsi şəraitində keçən oyunun birinci hissəsində qonaqlar 19:14 hesabı ilə qalib gəliblər. Səudiyyə Ərəbistan yığması ikinci hissəni də öz xeyrinə başa vurub - 19:17. Ümumi hesabda 38:31 hesabı ilə qalib gələn Səudiyyə Ərəbistanı yığması “Bakı-2017”də ikinci qələbəsini qazanıb.