İslamiada: Azərbaycanın qadın voleybol millisi finala yüksəlib
Ər-Riyad, 12 noyabr, Elnur Salahov, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, yığmamız Əfqanıstan kollektivi ilə qarşılaşıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn komandamız finalda Türkiyə ilə qarşılaşacaq. Həlledici görüş noyabrın 13-də Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək.