İslamiada: Kamerunlu qadın həndbolçular üçüncü yer uğrunda oyunda qalib gəliblər
Bakı, 14 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC
Mayın 14-də İslamiadada qadın həndbolçuların yarışında bürünc medal uğrunda Özbəkistan və Kamerun milliləri üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, Kamerun komandası 35:27 hesabı ilə qalib gələrək “Bakı-2017”ni üçüncü yerdə başa vurub.
Rusiyalı hakimlər briqadasının idarə etdiyi matçın birinci hissəsi Afrika təmsilçilərinin xeyrinə yekunlaşıb - 18:14. Kamerunlular ikinci hissədə də üstün olublar - 17:13.
Qızıl medal uğrunda yarış isə Azərbaycan və Türkiyə milli komandaları arasında oynanılacaq.