İslamiada: Su polosu yarışında İran millisinin ikinci qələbəsi
Bakı, 14 may, P.İmanova, N.Həsənzadə, AZƏRTAC
Mayın 14-də “Bakı-2017”nin su polosu yarışlarının ikinci günündə İran və Səudiyyə Ərəbistanı milli komandaları üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, oyunun əvvəlindən təşəbbüsü ələ alan iranlı idmançıların üstünlüyü hesabda əksini tapıb - 11:6.
Bununla da İran millisi İslamiadada ikinci qələbəsini qazanıb. Səudiyyə Ərəbistanı isə yarışda keçirdiyi ilk oyunda məğlubiyyətlə üzləşib.