İslandiya millisinin baş məşqçisi: Azərbaycan yığması ciddi komandadır
Bakı, 12 noyabr, AZƏRTAC
Sabah bizi çətin oyun gözləyir. Pley-off şansımızı saxlamaq üçün mütləq qalib gəlməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib. O, Azərbaycan millisinin ciddi rəqib olduğunu bildirib: “Rəqib bizə hər an təhlükə yarada bilər. Heyətində yaxşı oyunçular var. Biz bunu Ukrayna ilə matçlarda da gördük. Azərbaycanla ilk görüşdə hər kəs rəqibimizi zəif sayırdı. Lakin həmin matçda biz daha güclü oynadıq. Bu, futboldur, istənilən hesab qeydə alına bilər. Rəqibimizə hörmətlə yanaşırıq”.
Qeyd edək ki, Azərbaycan-İslandiya matçı noyabrın 13-də 8-ci kilometr qəsəbə stadionunda saat 21:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]