İSMAYIL BERDİYEV ÇEÇENİSTANIN YENİ BAŞÇISI İLƏ XÜSUSİ MÜNASİBƏTLƏRƏ ÜMİD BAĞLAYIR
İ.Berdiyev demişdir: “İndi, Çeçenistanda seçkilər artıq baş tutduqdan sonra, bütün əzabkeş çeçen xalqı kimi, biz də bu respublikanın yeni liderinə kömək etməyə borcluyuq, axı Allah-təala sonra buna görə bizdən haqq-hesab tələb edəcək”. O, İslamla terrorizmin bir araya sığmadığını insanlara izah etməyi müsəlmanların ən başlıca vəzifəsi hesab edir.
Müfti İ.Berdiyev A.Alxanova Çeçenistan Respublikasında normal həyatın bərpa olunmasında Allahın ondan öz köməyini əsirgəməməsini də arzulamışdır. Bundan əlavə, Berdiyev onunla Alxanov arasında yaxşı münasibətlər yaranacağına ümidvardır, çünki yeni seçilmiş Prezident Əhməd Qədirovun varisidir. İ.Berdiyev Sovet dövründə Buxaradakı “Ərəb dünyası” mədrəsəsində Ə.Qədirovla bir yerdə oxumuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]