İSMAYILLIDA 40 HEKTAR MEŞƏDƏ BƏRPA İŞLƏRİ APARILMIŞDIR
İsmayıllı, 20 aprel (AZƏRTAC). Ekologiya ili çərçivəsində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşəsalma və meşə əkini sahəsində geniş tədbirlərə başlanılmışdır. Müəssisədən verilən məlumatda göstərilir ki, cari ilin ötən müddətində 30 hektar sahədə meşə əkini, 10 hektarda isə meşə səpini işləri aparılmışdır. Meşə əkinində 41 min ədəd qoz, ağcaqayın, akasiya və qovaq növündən olan sitil əkilmişdir. Meşə səpinində isə palıq və ağcaqayın toxumlarından istifadə olunmuşdur.
Yeni meşəliklərin və səpin sahələrinin mal-qaradan mühafizəsi xüsusi diqqət mərkəzindədir. Bu məqsədlə 7 kilometr uzunluğunda çəpər çəkilmiş, 5 kilometrdə isə köhnə çəpər təmir edilmişdir. Tinglik və səpin sahələrinin suvarılması üçün 3 kilometr yeni arx çəkilmiş, 2 kilometr köhnə arx təmir olunmuşdur.
Hazırda təsərrüfatın tınglik sahəsində səpin işləri aparılır. Hələlik 0,30 hektarda ağcaqayın, 0,10 hektarda Qoz, 0,10 hektarda isə akasiya toxumları səpilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]