İsmayıllıda polislər şəhid ailələrini ziyarət edib
İsmayıllı, 20 mart, AZƏRTAC
İsmayıllıda Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şöbənin əməkdaşları əvvəlcə Şəhidlər xiyabanına gələrək, şəhidlik zirvəsinə ucalan ismayıllılıların məzarlarını ziyarət edib, üzərilərinə çiçəklər düzüblər.
Sonra polis işçiləri şəhid ailələrinə baş çəkib, onların qayğıları ilə maraqlanıblar. Görüşlərdə dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, qəhrəman oğullarımızın igidlik salnamələrindən danışılıb, ailələrə bayram sovqatları təqdim edilib.
Şəhidlərin ailə üzvləri diqqətə görə təşəkkürlərini bildiriblər.