İsmayıllının mərkəzi kitabxanasından onlayn təşəbbüs: “Kitab de, oxuyaq!”
İsmayıllı, 10 aprel, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi ilə əlaqədar respublikamızda tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) fəaliyyətini onlayn davam etdirir.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin mətbuat katibi Aysu Nəcəfli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, MKS-nin kollektivi “Evdə qal” aksiyası çərçivəsində “Kitab de, oxuyaq!” təşəbbüsünü irəli sürüb. Təşəbbüsün əsas məqsədi oxucuların bədii və elmi ədəbiyyata marağının artırılması, mütaliəyə həvəsləndirilməsi, gənclərdə kitab oxumaq vərdişinin inkişaf etdirilməsi və onların maarifləndirilməsidir.
Çağırışa qoşulmaq istəyənlər tövsiyə etdikləri kitabın rəsm və ya videosunu #kitabdeoxuyaq heştəqi ilə sosial şəbəkələrdə paylaşa bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:34]
Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib
- 13.10.2026 [19:57]
Məktəbli geyimi, sadəcə bir forma deyil…
- 13.10.2026 [19:45]
Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO
- 13.10.2026 [19:41]
Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO
- 13.10.2026 [16:47]
Ucarda narkotik vasitələrdən istifadənin yaratdığı fəsadlardan danışılıb
- 13.10.2026 [16:21]
“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub
- 13.10.2026 [15:53]
Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib
- 13.10.2026 [15:37]