İsmət Səttarov: BRAF-ın 11-ci Toplantısının Bakıda keçirilməsi olduqca qürurvericidir VİDEO

Bakı, 15 aprel, AZƏRTAC
Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısının Bakıda keçirilməsi olduqca qürurvericidir. Zəngin mədəniyyətə, tarixə, adət-ənənələrə malik bir çox ölkəni birləşdirən, eyni zamanda, müasir siyasətdə mühüm rol oynayan forumun Bakıda keçirilməsi bizim üçün böyük şərəf və böyük məsuliyyətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Audiovizual Şuranın sədri İsmət Səttarov aprelin 15-də Bakıda keçirilən BRAF-ın 11-ci Toplantısında çıxışı zamanı deyib.
O qeyd edib ki, forumun iştirakçı ölkələri arasında bir çox sahədə olan uğurlu əməkdaşlıqla yanaşı, media əlaqələrinin də genişləndirilməsi vacibdir: “Mən bu forumda iştirak edən bütün nümayəndə heyətlərinə və qonaqlara təşəkkür edirəm. Hesab edirəm ki, forum bizim tənzimləmə sahəsindəki əməkdaşlığımızı gücləndirməyə və onu yeni səviyyəyə çıxarmağa kömək edəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2025 [14:56]
İsmayıllı rayonunda zəlzələ olub
- 24.04.2025 [14:55]
Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir - YENİLƏNİB
- 24.04.2025 [12:46]
Sabah bəzi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir
- 24.04.2025 [12:26]
Milli Observatoriya beynəlxalq müsabiqədə mükafata layiq görülüb
İsmayıllı rayonunda zəlzələ olub
- [14:56]
Fransada 636 iş yeri ləğv edilir
- [14:50]
Dünya səyyahları Xankəndidə FOTO
- [14:47]