İspaniya hökuməti pandemiya ilə mübarizəyə 80 milyard avrodan çox pul ayırıb
Madrid, 10 aprel, AZƏRTAC
Koronavirus pandemiyası İspaniyanın bütün dövlət idarələri üçün ciddi bir sınağa çevrilib. İqtisadi sistemin və səhiyyə sektorunun dəstəklənməsi və istehsal sahəsindəki mövcud problemlərin qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, İspaniya Müstəqil Vergi Məsuliyyəti Təşkilatının (Airef) verdiyi məlumata görə, ölkənin muxtar icmaları, hökuməti, bələdiyyə və sosial təminat orqanları 2020-2021-ci illər ərəfəsində pandemiya ilə mübarizəyə 80,511 milyard avro ayırır.
“Airef”in hesablamalarına görə, bu məbləğin təxminən 20 faizi tibbi xidmətlərin, yarıdan çoxu isə şirkət əməkdaşlarının məşğulluğunun dəstəklənməsinə sərf olunacaq. .
2020-ci ildə bu resursların əsas hissəsi, ÜDM-in 4,3 faizinə bərabər olan 48 milyardı istifadə edilmişdir. Bu məbləğin böyük bir hissəsi, 30 milyard avro əmək bazarının və gəlirlərin dəstəklənməsinə yönəldilmişdir. Mərkəzi idarə personalın gücləndirilməsi və materialların alınması üzrə sanitariya tədbirlərinə keçən il bir milyard avroya yaxın vəsait yatırıb.
Məşğulluq və gəlirlə bağlı tədbirlər 2020-ci ildə ÜDM-in 2,7 faizini, 2021-ci ildə isə 1 faizini təşkil edəcək. Bundan əlavə, dövlət və icmaların səhiyyə xərcləri 5,5 milyard avroya endiriləcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]