İspaniya Kubokunun oyunu qasırğa səbəbindən təxirə salına bilər
Bakı, 30 oktyabr, AZƏRTAC
İspaniya Kral Kubokunun ilkin təsnifat mərhələsində keçirilməli olan “Parla” – “Valensiya” oyunu təxirə salına bilər.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Madrid muxtar vilayətində baş verən güclü qasırğadır.
Valensiya klubunun rəhbərliyi İspaniya Futbol Federasiyasına (RFEF) matçın başqa vaxtda keçirilməsi ilə bağlı məktub göndərib. Hələlik rəsmi cavab gəlməyib. Daha əvvəl görüşün bu gecə Bakı vaxtı ilə saat 00:00-da oynanılması nəzərdə tutulub.
Əlverişsiz hava şəraiti İspaniyanın cənub-şərqində daşqınlara səbəb olub. Güclü yağışlar nəticəsində çaylar məcrasından çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]
Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq
- 13.06.2026 [01:37]
Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb
- 12.06.2026 [23:25]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [22:20]