İSPANİYA QADINLARI FUTBOLA “RƏDD OLSUN!” DEYİRLƏR
“Rədd olsun Futbol!” – bu yaxınlarda yaradılan assosiasiya belə adlanır. O, incə məxluqun yerli nümayəndələrini ən populyar idman növünə qarşı qeyri-bərabər mübarizədə birləşdirmişdir.
Təngə gələn evdar qadınlar gileylənərək deyirlər: “Bu futbola görə, illah da ki, lənətə gəlmiş dünya çempionatının oyunları zamanı kişilər bizi sevimli teleseriallara həsrət qoyur, sevimli qadınları barədə yox, ən çox qollar barədə düşünür və romantik gecələri idman barlarında içə-içə 22 avaranı hay-küylə guya dəstəkləməklə əvəz edirlər”.
Aksiya iştirakçıları yaxın günlərdə izdihamlı nümayiş keçirərək, ictimaiyyətin diqqətini öz dərdlərinə cəlb etməyi planlaşdırırlar. Xanımlar bir sıra şərtlər də hazırlamışlar və onların fikrincə, ərləri bu şərtlərlə icbari qaydada razılaşmalıdırlar. Futbol oyununa bir saat baxan ər teleserialın iki saatı ilə “cərimələnəcəkdir”. Milli yığmanın vurduğu hər qolun cavabında ər mağazaya getməlidir. Bundan başqa, idman barında baxılmış hər görüş yataqda səhər yeməyi ilə kompensasiya edilməlidir, yəni ər tezdən durub, yemək hazırlamalı və onu xanımına yataqdaca verməlidir. Nəhayət, televizorun pultu ancaq qadınlarda olacaqdır.
Bəs İspaniya kişiləri bütün bunlara necə baxırlar? Onlar hələlik susurlar.