İspaniya xarici işlər nazirinin Bakıya səfəri zamanı ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaqdır
Madrid, 17 aprel (AZƏRTAC). İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqallo aprelin 23-24-də ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edəcəkdir.
Səfərin məqsədi İspaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi və ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə dair danışıqlar aparmaqdır.
İspaniya Nazirlər Kabinetinin rəsmi məlumatında bildirilir ki, nazir Bakıda bir sıra rəsmi görüşlər keçirəcəkdir.
Səfər çərçivəsində biznes-forumun təşkili və dövlətlərimiz arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin imzalanması da nəzərdə tutulmuşdur.
İspaniyanın Azərbaycanda akkreditə olunmuş rəsmi nümayəndəsi də Azərbaycan hökumətinə təqdim ediləcəkdir.
Rəsmi nümayəndə ölkələrimiz arasında iqtisadi münasibətlərin tənzimlənməsi məsələlərinə baxacaqdır.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]