İspaniyada yeni hökumətin andiçmə mərasimi keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də İspaniyanın yeni hökumətinin andiçmə mərasimi keçirilib.
AZƏRTAC RTVE telekanalına istinadla xəbər verir ki, Baş nazir Pedro Sançes 12-si qadın və 10-u kişi olmaqla 22 nazirdən ibarət koalisiya hökumətini formalaşdırıb. O, bir gün öncə “dialoqun qurulmasına diqqət yetirəcək yüksək siyasi nüfuzlu və feminist” bir hökumət qurduğunu elan edib.
Xatırladaq ki, noyabrın 16-da İspaniya parlamenti səsvermədən sonra Pedro Sançesi ölkənin baş naziri vəzifəsinə təsdiqləyib. Beləliklə, 2018-ci ildən hökumətə rəhbərlik edən Pedro Sançes yeni müddətə hökumət başçısı vəzifəsində qalmaq imkanı qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]