İspaniyanın “Barceló Hotel Group” şirkəti Türkiyədəki fəaliyyətini genişləndirir
Ankara, 4 may, AZƏRTAC
İspaniyanın “Barceló Hotel Group” şirkəti qarşıdakı 5 ildə Türkiyənin turizm sektoruna 100 milyon avro sərmayə yatıracaq.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə “Barceló Hotel Group”un Türkiyə üzrə baş direktoru Hasan Ekmen deyib. Bildirib ki, şirkətin hazırda Türkiyədə 3 beşulduzlu oteli var. Növbəti beşillikdə otellərin sayı 20-yə çatacaq.
“Barceló Hotel Group”un 25 ölkədə 251 oteli var. Türkiyədə fəaliyyət göstərdiyi 20 ildə şirkət otellərin qurulmasına 60 milyon avro xərcləyib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]