İspaniyanın Uber taksi xidməti elektromobillərdən istifadəyə keçəcək
Madrid, 13 sentyabr, AZƏRTAC
Uber beynəlxalq taksi aqreqatoru İspaniyadakı sürücülərini 2025-ci ilədək elektromobillərə keçirməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, kompaniya bu məqsədlə “Renault” və “Nissan” şirkətləri, həmçinin “General Motors” korporasiyası ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb. Uber mayın 2-dən etibarən ilk dəfə olaraq Avropada, o cümlədən Hollandiya, Fransa, Böyük Britaniya, Belçika, İspaniya və Portuqaliyada fəaliyyət göstərəcək.
Layihədə “Renault” və “Nissan” elektromobilləri iştirak edəcək. Bu elektromobillərə keçmək istəyən sürücülər maliyyə cəhətdən stimullaşdırılacaq.
ABŞ-da Uber taksi sürücülərinə “Chevrolet Bolt” elektromobillərini təklif edəcək. Həmin elektromobillərin şarj cihazlarına da güzəşt olunacaq. Bundan əvvəl belə güzəşt yalnız “General Motors” şirkətinin əməkdaşları üçün nəzərdə tutulurdu.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]