İSRAİL İNFORMASİYA MÜHARİBƏSİNİ RUSİYADA UDUZDU
“Medialogiya” informasiya-təhlil şirkətinin “Vedomosti” qəzetinin sifarişi ilə apardığı tədqiqata görə, yalnız tək-tük xəbərləri İsrail barəsində müsbət hesab etmək olar. Bununla bərabər, Rusiya telekanalları “Hizbullah” barəsində “terror” terminini, demək olar, işlətmirdilər. Rusiyalılar “Hizbullah”ın təbliğat bəyanatlarını (253 xatırlatma) fəal yayımladıqları halda, İsrail tərəfi Rusiya televiziyasında cəmi 36 dəfə çıxış etmişdir.
“Midialogiya” ekspertlərinin fikrincə, bütün bunlar bir çox rusiyalıların Livan tərəfinə rəğbətindən xəbər verir. Bunu digər sosioloji tədqiqatların nəticələri də təsdiqləyir. Məsələn, İctimai Rəy Forumunun məlumatına görə, münaqişənin son həftəsi ərzində rusiyalıların İsrailə münasibəti pisləşmişdir - əgər əvvəllər respondentlərin 21 faizinin rəğbəti israillilərin tərəfində idisə, indi bu, cəmi 16 faizdir.
“Medialogiya” şirkəti Rusiyanın altı telekanalının, o cümlədən “Birinci kanal”ın, “Rusiya” və NTV kanallarının efirlərini öyrənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]