İsrail tərəfindən saxlanılan italiyalı fəallar ölkələrinə qayıdıblar
Roma, 5 oktyabr, AZƏRTAC
İsrailin Qlobal Sumud Donanması çərçivəsində saxladığı italiyalı fəallar azadlığa buraxıldıqdan sonra ölkəyə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, azad edilən 26 italiyalıdan 18 nəfərlik qrup “Türk Hava Yolları”nın çarter reysi ilə İstanbuldan Romanın “Fiumicino” hava limanına gəlib. Fəallardan digərləri isə Milana gediblər. Daha 15 italiyalı fəalın gələn həftə ölkəyə gətirilməsi gözlənilir.
İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib ki, həmin fəallar daha 2-3 gün İsraildə qalacaqlar.
“Çünki onlar azadlığa buraxılma sənədini imzalamaqdan imtina ediblər və ölkədən məcburi deportasiya olunmağı gözləyirlər”, - deyə o qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma