İsraildə həlak olan ukraynalıların sayı 7-yə çatıb
Kiyev, 12 oktyabr, AZƏRTAC
İsraildə həlak olan ukraynalıların sayı azı yeddi nəfərə çatıb, doqquz Ukrayna vətəndaşı yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oleq Nikolenko bildirib. XİN-in İsraildə yaradılmış operativ qərargahı daha dörd ukraynalının öldüyünü təsdiqləyib, doqquz nəfər isə itkin düşmüş hesab olunur.
Hazırda 1000-dən çox ukraynalı ləğv edilən uçuşlar səbəbindən İsraili tərk edə bilmir, 200 Ukrayna vətəndaşı isə Qəzza zolağından təxliyə olunmaq istədiyini bildirib.
Ukrayna XİN oktyabrın 14-nə Rumıniyadan ilk təxliyə uçuşunu hazırlayır, həmçinin əlavə təxliyə uçuşlarının təşkili üzərində işləyir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]