Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrailin “Yediot Ahronot – Ynet” qəzetində Bakının müasir siması haqqında məqalə dərc edilib

İsrailin “Yediot Ahronot – Ynet” qəzetində Bakının müasir siması haqqında məqalə dərc edilib

Bakı, 26 fevral, AZƏRTAC

İsrailli məşhur jurnalist Eldad Bek bu yaxınlarda Azərbaycanda səfərdə olub. Onun səfər təəssüratları haqqında “Sizin tanıdığınız Bakı deyil” adlı məqaləsi İsrailin ən populyar ivritdilli nəşri olan “Yediot Ahronot - Ynet” qəzetinin saytında dərc edilib (http://www.ynet.co.il/articles/0,7340,L-4622561,00.html).

Məqalə müəllifi yazır ki, Azərbaycanın paytaxtı - öz möhtəşəm mehmanxanaları, zənginliyinə görə tayı-bərabəri olmayan mətbəxi, çoxsaylı barları, maraqlı gecə həyatı, muzeyləri, heyrətamiz tarixi məkanları, yeni dənizkənarı bulvarı ilə qonaqlara hər kəsin zövqünə uyğun müxtəlif əyləncələr təklif edə bilən Bakı əsl turizm mərkəzinə çevrilib.

Rusiya kommunistlərin əlinə keçəndə qitənin ucqar şərqindən Avropaya gedib çıxmış ən maraqlı şəxsiyyətlərdən biri olan Əsəd bəy 1929-cu ildə çapdan çıxmış və dərhal bestsellerə çevrilmiş “Şərqdə neft və qan” adlı avtobioqrafik əsərinin ilk səhifələrində Bakını belə təsvir edir: “Qırx il bundan əvvəl Bakı səhraya bənzəyirdi. Əslində elə bu gün də Bakı müəyyən mənada səhra kimi qalır. Lakin o vaxt burada Avropa şəhərlərindəki küçələrə azacıq da olsa oxşayan heç bir küçə yox idi. Yayın qızmar günlərində sakinləri istidən qoruya biləcək bircə ağac da yox idi. Şəhər əsasən çiy kərpicdən tikilmiş daxmalardan ibarət idi. Qumlu səhrada tikilmiş bir neçə saray isə qalın divarlarla əhatə olunmuşdu. Bu sarayların qalın divarları onun sakinlərini günəşdən bir qədər qoruyurdu. Şəhərdə Şərqin başqa yerlərində adi hal olan su mənbələri də yox idi. Suyu uzaqdan gətirirdilər və o, yalnız içmək və çimmək üçün kifayət edirdi. İstilər dözülməz olanda şəhərin yaşlı sakinləri evlərindən çıxıb dəniz sahilinə gedir, orada nisbətən sərinləyirdilər”.

1905-ci ildə Bakıda yəhudi ailəsində anadan olmuş Əsəd bəyin əsl ad-soyadı Lev Nusenbaum olub. Atası neft maqnatı idi. İnqilabçıları fəal dəstəkləyən anası isə gənc yaşlarında dünyasını dəyişib. Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndən sonra Lev Nusenbaum atası ilə birlikdə Bakıdan qaçır. Onlar bir müddət Şərqə səyahət edir, sonra Parisə, daha sonra Berlinə gəlirlər. Burada İslam dinini qəbul edən Lev Əsəd bəy təxəllüsü ilə Qafqaz və İslam dini haqqında kitablar yazmağa başlayır. Onun digər təxəllüsü Qurban Səid olub. Bu təxəllüslə yazdığı “Əli və Nino”, “Qızıl Buynuzdan olan qız” kitabları Azərbaycanın hüdudlarını aşıb beynəlxalq hitə çevrilib.

Sovet hakimiyyəti illərində azərbaycanlılar Əsəd bəyin böyük ədəbi uğurları barədə heç nə bilmirdilər. Yalnız Azərbaycan Moskvanın tabeliyindən çıxıb müstəqillik əldə edəndən sonra Əsəd bəyin şöhrəti doğulduğu ölkəyə çatıb. Əvvəlcə Almaniyada, sonra isə Avstriyada nasistlər hakimiyyətə gələndə yarı yəhudi, yarı müsəlman olan Nusenbaum Mussolininin pərəstişkarı idi. Elə bu səbəbdən o, İtaliyanın dəniz sahillərində yerləşən Pozitano adlı mənzərəli kiçik şəhərdə sığınacaq tapır və 1942-ci ildə xəstə, dilənçi vəziyyətində orada vəfat edir.

Eldad Bek yazır ki, Xəzər sahilində yerləşən Azərbaycan qədim vaxtlardan - neftə “qara qızıl” deyilməyə başlanandan xeyli əvvəl Odlar Yurdu adlanırdı. Məqalə müəllifi yazır: “Bakının birdən-birə qazandığı sərvət, sanki əbədi olacaqdı. Şəhərin varlı sakinlərini Avropanın paytaxt şəhərlərində ən yaxşı memarların hazırladığı layihələr üzrə saraylar tikdirirdilər. Bakı Fars körfəzindəki ərəb monarxiyalarından xeyli əvvəl Odlar şəhəri olub. Kommunist rejimi dövründə onilliklər boyu baxımsız qalmış, Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistanla müharibədən sonra neft və qaz ixracından əldə edilən gəlir sayəsində yenidən dirçəlmiş Bakı əvvəlki ucaldılmış İçərişəhər bərpa edilib və UNESCO tərəfindən dünya mədəni irsi obyekti kimi tanınıb”.

Eldad Bek qeyd edir ki, son illərdə Bakıda çox zəngin kolleksiyaları olan muzeylər açılıb. O yazır: “Münasib qiymətli mehmanxanalardan başlamış prestijli bahalı otellərə qədər müxtəlif səviyyəli qonaq evlərinin qapıları müştərilərin üzünə açıqdır. Nəqliyyatın hərəkəti qadağan edilmiş, gözəlliyi ilə göz oxşayan Nizami küçəsində yerləşən mağazalarda və ticarət mərkəzlərində ən yaxşı brendlər satılır. Yerli və beynəlxalq restoranlar, çoxsaylı pablar şəbəkəsi ağzının dadını bilən insanlar üçün çox geniş çeşidli seçim təklif edir. Turizm sahəsinin inkişafına xeyli sərmayə qoymuş Azərbaycan hökuməti bu işdə İsrailin də təcrübəsindən bəhrələnib. Məsələn, hazırda İsrail mehmanxanalarında 100-ə yaxın azərbaycanlı təcrübə keçir. Yaxın vaxtlara qədər Qərbdə çox adamın tanımadığı Bakı dünya xəritəsində yenidən parlamaq istəyir. Bu şəhərin öz qonaqlarına təklif etdiyi görməli yerlərin bəziləri barədə burada söhbət açmağı qərara aldıq.

Müəllif qeyd edir ki, İçərişəhərin yaxınlığında, xalça formasında uzunsov binada yerləşən gözəl Xalça Muzeyi həmin binaya ilyarım bundan əvvəl köçüb. Ölkənin çoxəsrlik ənənələrindən biri olan Azərbaycan xalça sənətinə həsr edilmiş bu muzeyin kolleksiyasında 40.000 xalça var. Muzeyin üç mərtəbəsində yerləşən daimi ekspozisiyada bir neçə yüz xalça nümayiş etdirilir. Azərbaycan xalçaçılıq məktəbləri adətən yeddi coğrafi məkan üzrə adlanır. Onlardan ən məşhurları hazırda İran ərazisində yerləşən Cənubi Azərbaycanın paytaxtı Təbrizin adını daşıyan xalça məktəbi və XX əsrin 90-cı illərinin əvvəlində Ermənistanla qanlı müharibənin gedişində işğal edilmiş bölgənin adını daşıyan Qarabağ xalça məktəbidir. Azərbaycan xalça sənətinin bəzi nadir nümunələrinə dünyanın ən məşhur muzeylərində və əlbəttə, Bakının özündə rast gəlmək olar.

Azərbaycan ədəbiyyatına yaxşı bələd olan müəllif qeyd edir ki, Nizami adına Ədəbiyyat Muzeyinin neoklassisizm üslubunda tikilmiş gözəl binası İçərişəhərin yaxınlığında, Fəvvarələr meydanı rayonunda yerləşir. Eldad Bek yazır: “Bu möhtəşəm muzeyin eksponatları tamaşaçıları azərbaycanlıların, dəfələrlə işğala məruz qalan türk xalqının heyrətamiz mədəni inteqrasiya və müxtəlifliyə əsaslanan zəngin ədəbi yaradıcılığı ilə tanış edir. Muzeyin geniş zallarında yerli yazıçılar və onların əsərləri ilə bağlı müxtəlif tarixi eksponatlar Azərbaycan ədəbiyyatının qədim dövrlərdən zəmanəmizə qədər keçdiyi tarixi yolu əks etdirir. Muzey binasının özünün də maraqlı tarixi var. Bu binanın birinci mərtəbəsi XIX əsrin ortalarında karvansara kimi tikilib, sonradan Bakının sərvəti artanda binaya daha bir mərtəbə əlavə edilib. Vaxtilə çox dəbdəbəli olması ilə seçilən “Metropol” oteli bu binada yerləşib. XX əsrdə Azərbaycan ilk dəfə müstəqillik əldə edəndə - 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasları bu binada keçirilirdi. 1939-cu ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə yaradılmış Ədəbiyyat Muzeyi o vaxtdan bu binada fəaliyyət göstərir. Muzey oraya gələnlərə ingilis dilində ekskursiya xidmətləri təklif edir”.

Müəllif yazır ki, Şirvanşahlar Sarayı İçərişəhərdə yerləşən tarixi binalar kompleksidir. Eldad Bek vurğulayır: “Saray kompleksinə sarayın özündən əlavə məscid, məqbərə, hamam və möhtəşəm darvazalar da daxildir. Bu saray XV əsrdə Şirvanşahlar dövlətinin paytaxtı olmuş Bakı şəhərinin tarixi muzeyi hesab edilə bilər. Sarayda arxeoloji eksponatlar sərgisi də nümayiş etdirilir. Burada bir neçə xarici dildə ekskursiya xidmətləri təklif olunur”.

Müəllif yazır ki, Şirvanşahlar sarayının yaxınlığında İçərişəhərin ən mənzərəli küçələrindən birində dünyada yeganə olan Miniatür Kitab Muzeyi yerləşir. İsrailli jurnalist Eldad Bek ən populyar ivritdilli nəşr olan “Yediot Ahronot - Ynet” qəzetinin saytında dərc edilmiş məqaləsini bu sözlərlə tamamlayır: “Miniatür Kitab Muzeyində dünyanın 71 ölkəsində müxtəlif vaxtlarda və müxtəlif dillərdə dərc edilmiş 5500 kitab toplanıb. Bu kitabların ən kiçiyi Yaponiyada nəşr edilib. Onun ölçüləri cəmi 2x2 millimetrdir. Muzeydə kommunizm dövrünə xas olan nəşrlərlə yanaşı, Quran, Zəbur və Bibliya, Şekspirin, Heynenin, Balzakın əsərləri, habelə Azərbaycan prezidentlərinin kitabları da nümayiş etdirilir. Bu nəşrlər şəxsi kolleksiyanın bir hissəsidir. Həmin kolleksiya üzərində iş 30 ildən çoxdur ki, davam edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır