İstanbulda Xocalı soyqırımının ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir
Ankara, 26 fevral (AZƏRTAC). Xocalı soyqırmının 19-cu ildönümü ilə bağlı İstanbulda silsilə tədbirlər keçirilmişdir.
İstanbul Aydın Universitetində Azərbaycanı baş konsulluğunun və Heydər Əliyev və Qafqaz Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Xocalı faciəsinin ildönümü ilə bağlı konfrans keçirilmişdir.
Əvvəlcə Azərbaycan və Türkiyənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda Heydər Əliyev və Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, professor Salih Güney, İstanbul Aydın Universitetinin rektoru, professor Mustafa Aydın, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, türkiyəli deputatlar Cəlal Erbay, Kürşat Atılqan və Onur Öymen Türkiyədə erməni problemi və Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşmüşlər.
Sonra Girəsun Universitetinin prorektoru, professor Aygün Attarın, professor Yaqub Mahmudovun və Türkiyə parlamenti xarici əlaqələr komissiyasının sədri Murad Mərcanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və Türkiyədə erməni problemi ilə bağlı məruzələri dinlənilmişdir.
Bundan əlavə, İstanbulun mərkəzi Taksim meydanında gənclər tərəfindən Xocalı soyqırımı ilə bağlı aksiya keçirilmişdir.
Bir qrup gənc isə Bəyoğlu prospektində yürüş etmiş, faciənin günahkarlarını lənətləmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]