İSTİNTAQ RUSİYA MÜLKİ TƏYYARƏLƏRİNİN QƏZAYA UĞRAMASININ BİR NEÇƏ EHTİMALINI NƏZƏRDƏN KEÇİRİR
Xüsusi xidmət orqanlarının nümayəndəsi demişdir ki, hazırda araşdırılan ehtimallar arasında insan amili, texnikanın nasazlığı, yanacağın keyfiyyətsizliyi, hava şəraitinin pis olması və bir sıra digər amillər də var. Hər iki təyyarənin parçaları yoxlanılarkən aşkar partlayış əlamətlərinin olmamasına baxmayaraq, terror aktı ehtimalı ciddi araşdırılır. RF Federal Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr mərkəzinin rəisi Sergey İqnatçenko xüsusi vurğulamışdır ki, TU-134 və TU-154 təyyarələrinin düşdükləri yerlərdə terror aktları izləri hələlik aşkara çıxarılmayıbdır. Bunu təyyarələrin parçalarının tədqiqi də göstərmişdir.
Domodedovo hava limanının dəqiqləşdirilmiş məlumatına görə, iki təyyarənin qəzaya uğraması nəticəsində 89 nəfər həlak olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə edilir
- 23.09.2026 [19:49]
Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub
- 23.09.2026 [19:47]
Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub
- 23.09.2026 [19:30]