İsveçdə əcnəbi müəllimlərin kvalifikasiyası yoxlanılmır
Stokholm, 6 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç məktəblərinin tədris dili ingiliscə olduğu halda, bu ölkədə lisenziyası olmayan əcnəbi müəllimləri işə götürməyə qanunla icazə verilir. Qanun onların İsveç müəllimlik diplomuna ekvivalent təhsilə malik olmasını və ingilis dilində dərs deyə bilməsini tələb edir. Lakin məlum olur ki, heç bir dövlət qurumu həmin müəllimlərin həqiqətən tələblərə cavab verməsinə nəzarət etmir.
AZƏRTAC xəbər verir ki, yoxlamalar zamanı müəyyən edilib ki, onların bir çoxu ingilis dilinin daşıyıcısı deyil və bu müəllimlərini tədris səriştəsi sual altında qalır. Onların ixtisaslarının yoxlanılmasına görə məsuliyyət tamamilə məktəblərin öz üzərinə düşür ki, bu da ekspertlərin fikrincə, təhsilin keyfiyyətinin aşağı düşməsi riskini yaradır.
“Bu yolverilməzdir. Dövlət qanunlara və standartlara əməl olunmasını təmin etməlidir”, -deyə özəl məktəblərin sahə həmkarlar ittifaqı olan “Almeqa Utbildninq” bildirib.
Təhsil naziri Simona Mohamsson belə məktəblərin sayı ilə bağlı dəqiq statistikanın olmadığını etiraf edib və reqlamentə yenidən baxılmasına çağırıb: “İsveçdə nə isveçcə, nə də ingiliscəni bilməyən müəllimlərin olması yolverilməzdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]