İsveçdə əmək miqrasiyasına qarşı tələblər sərtləşdirilə bilər
Stokholm, 15 fevral, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç hökuməti tərəfindən irəli sürüləcək təklifin əsasını təşkil edəcək əmək miqrasiyası sahəsindəki tədqiqatların nəticələri bu ölkənin miqrasiya naziri Mariya Malmer Stenerqarda təqdim olunub.
AZƏRTAC xəbər verir ki, hakim partiyalar və İsveç demokratları daha ciddi əmək miqrasiyası şəraiti, o cümlədən xaricdən mövsümi işçilərin işə qəbul edilməsinin qadağan olunması barədə razılığa gəlirlər.
Miqrasiya nazirinin fikrincə, əmək miqrasiyası qaydaları bir neçə səbəbdən - qismən əməyin istismarı ilə mübarizənin aparılması, eləcə də hazırda əmək miqrantları tərəfindən tutulmuş bir çox iş yerinin artıq İsveçdə yaşayan işsizlərə verilməsi üçün sərtləşdirilməlidir.
“Mən nəzərə almalıyam ki, İsveçdə 400 min işsiz var, eyni zamanda, bir çox insan burada işləmək üçün üçüncü ölkələrdən gəlir”, - deyə Mariya Malmer Stenerqard bildirib.
Miqrasiya naziri vurğulayıb ki, bəzi təkliflər İsveçə daha yüksəkixtisaslı işçilərin cəlb edilməsinə yönəldilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]